...

Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard manatı ötüb

İqtisadiyyat Materials 31 İyul 2019 09:08 (UTC +04:00)
30 iyun 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 980.1 mln. manat, cəmi öhdəlikləri isə 25 milyard 380.5 mln. manat təşkil edib.
Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard manatı ötüb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

30 iyun 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 980.1 mln. manat, cəmi öhdəlikləri isə 25 milyard 380.5 mln. manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin iyun ayı üzrə bank sektorunun icmal göstəricilərində bildirilib.

Sektorun balans kapitalı 4 milyard 599.6 mln. manat olub.

İyun ayına sektorun aktivlərinin 43.8%-ni kredit portfeli təşkil edir. Cari ilin ilk yarımilliyində kredit portfeli 4.1% (517.7 mln. manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13 milyard 146.0 mln. manat təşkil edib.

2019-cu ilin iyun ayında fiziki şəxslərin əmanətləri 8 milyard 633.8 mln. manat təşkil edib. Cari ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 4.4% (364.1 mln. manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, 6 ay ərzində tələbli depozitlər 18.1% (505.7 mln. manat) artıb.

Hüquqi şəxslərin depozitləri ilin ilk yarımilliyində 1.1% (114.1 mln. manat) azalsa da, müddətli depozitləri 55.4% (803.5 mln. manat) artaraq 2 milyard 253.2 mln. manata çatıb.

Sektorun balans kapitalı ilin birinci yarısında 13% (527.8 mln. manat) artaraq 4 milyard 599.6 mln. manata çatıb.

Cari ilin ilk yarımilliyində banklar 433.4 mln. manat xalis mənfəət əldə ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.1% (118.8 mln manat) , kreditlər üzrə faiz gəlirləri isə 18.4% (107.8 mln manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 513, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,571 olub. Bank sektorunun işçi heyətinin sayı cari ilin 6 ayında 5% (873 nəfər) artaraq 18,288 nəfər təşkil edib.

30 iyun 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti