Jurnalistlər “Bizim Tarla” markasının istehsal edildiyi müəssisəni ziyarət ediblər (FOTO)

Jurnalistlər “Bizim Tarla” markasının istehsal edildiyi müəssisəni ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı KİV nümayəndələri üçün Azərbaycanın ilk müasir kənd təsərrüfatı kompleksinə media tur təşkil edildi.

“Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, artıq 13 ildir ki, uğurla fəaliyyət göstərən “Azərsun Kənd Təsərrüfatı Məhsulları” müəssisəsi 4500 hektar ərazini əhatə edir. İllərdir həm ölkəmizdə, həm də xaricdə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Bizim Tarla” markasının hazırlandığı məhsullar məhz bu sahələrdə yetişdirilir. Daha sonra yetişdirilən məhsullar təravətini itirmədən kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən Biləsuvar Konserv Zavoduna göndərilərək emal edilir.

Əkin sahələrini ziyarət edən mətbuat mənsublarına bu ərazilərin əvvəl əkinə tamamilə yararsız olduğu bildirilib. “Azərsun Holdinq” tərəfindən rekultivasiya işləri aparılaraq drenaj xəttləri çəkilib və ən müasir aqrotexniki avadanlıqların Azərbaycanda ilk dəfə istifadə olunaraq bu sahələrdən yüksək məhsuldarlıq əldə edilib. Media turda iştirak edən jurnalistlərin suallarını cavablandıran baş aqronom Səxavət Hüseynov hazırda pomidor sahələrindən yığım işlərinin yekunlaşmaq üzrə olduğunu söyləyərək, torpağa aqrotexniki qulluğun ən yüksək səviyyədə həyata keçirildiyini bildirib. O, torpaqların zənginləşdirilməsi üçün əsasən müəssisə daxilində fəaliyyət göstərən heyvandarlıq kompleksində hazırlanan üzvi gübrədən istifadə edildiyini qeyd edib.
“Bizim Tarla”-nın marketinq müdiri Sara Rzayeva əvvəllər əkinə tamamilə yararsız bu ərazilərdə indi pomidor, yaşıl noxud, xiyar, badımcan, qarğıdalı və digər tərəvəzlərin yetişdirildiyini bildirib. O, bu müəssisənin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq insanların sosial-rifah halının yüksəlməsində mühüm rol oynadığını söyləyib. Ətraf ərazilərdə 11 məcburi köçkün qəsəbəsinin mövcud olduğunu söyləyən Sara Rzayeva sakinlərin illərdir bu müəssisədə işlə təmin edildiyini bildirdi.

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın keyfiyyət fəlsəfəsinə uyğun olaraq bu müəssisədə keyfiyyətə nəzarət ən yüksək səviyyədə təmin edilir. Xammal, aqrotexniki qulluq, avadanlıq və texniki park, peşəkar mütəxəssislər, laborator analizlər, istehsal və saxlama prosesini əhatə edən keyfiyyət zəncirinin bütün mərhələlərinə xüsusi həssaslıqla yanaşılır.

Pomidor sahələrini ziyarət etdikdən sonra jurnalistlər “Bizim Tarla”, “Saville” kimi sevilən nar şirələrinin xammalının yetişdirildiyi nar bağlarına baş çəkdilər. Burada toplanılan məhsulun tam orqanik olduğunu bildirən mütəxəssislər burada gülöyşə, vələs və digər nar növlərinin əkildiyini bildirdilər.

Daha sonra Biləsuvar Konserv Zavodunu ziyarət edən jurnalilstlərə əkin sahələri ilə istehsal müəssisəsinin eyni ərazidə yerləşməsinin keyfiyyətli məhsulun əldə olunmasında müstəsna rol oynadığı bildirildi. Belə ki, sahələrdən toplanılan məhsul qısa vaxt ərzində zavoda gətirilərək konservləşdirilir ki, bu da məhsulun təravətinin qorumasına səbəb olur. KİV nümayəndələrinin suallarını cavablandıran “Bizim Tarla” markasının marketinq meneceri Bəhruz Hüseynov müəssisənin fəaliyyətinin “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”na uyğun həyata keçirildiyini və istehsal potensialının bütün ölkənin tələbatını qarşılamağa imkan verdiyini bildirib. Marketinq menecer məhsulların əkilməsi ilə bərabər yerli fermerlərdən də satın alındığını və onların sosial-rifah halının yüksəldilməsinə töhfə verildiyi bildirildi. O, həmçinin Biləsuvar Konserv Zavodunda məhsulun istehsaldan sonrakı anbarlarda saxlanma şəraitinin (rütubət və temperatur) ən müasir avadanlıqlar hesabına təmin edildiyini bildirdi və qeyd etdi ki, məhsullar satış nöqtələrinə tam sağlam şəkildə təslim edilir.

İstehsal müəssisəsini ziyarət edən jurnalistlərin yaradılan iş şəraiti ilə bağlı suallarını cavablandıran məcburi köçkün İlhamə xanım artıq 7 ildir burada çalışdığını söylədi. O, bütün məişət qayğılarını və yaşayışlarını məhz bu müəssisədə çalışmaqla qarşıladıqlarını söylədi. Regionlarda istehsal müəssisələrinin açılmasına ayıdığı diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü edən müəssisə əməkdaşı, həmçinin yaradılmış ədalətli mühitə və yaradılan yüksək iş şəraitinə görə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozala minnətdarlığını bildirdi.

Biləsuvar Konserv Zavodunu ziyarət edən jurnalistlərə müəssisə barədə məlumat verən İstehsal sahə rəisi Ceyhun Hacımuradov onlara istehsal prosesinin bütün mərhələlərində laborator analiz və testlərin həyata keçirildiyini bildirdi. Media mənsublarının məhsulun tərkibində yad cismin necə aşkar edildiyi barədə sualına isə o, praktiki şəkildə cavab verdi. Jurnalistlərə istehsal xətti üzərində quraşdırılmış detektoru yoxlamaq şəraiti yaradıldı. Qonaqlar test üçün tomat məhsulunun tərkibinə yad cism əlavə edərək onu istehsal xəttinə qoyduqda detektor dərhal bu barədə məlumat bildirərək istehsa prosesini dayandırdı və yararsız məhsulu istehsal xəttindən uzaqlaşdırdı. Bununla da KİV nümayəndələrinə hazır məhsulun tərkibinə yad cismin düşməsinin qeyri-mümkün olduğu nümayiş etdirildi.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən “Bizim Tarla” markasının əsasını təşkil edən məhsulların yetişdirildiyi “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC və Biləsuvar Konserv Zavodu dünyada böyük nüfuza malik Global GAP, BRC və digər məşhur sertifikatlara malikdirlər.

Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib (FOTO)
Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib (FOTO)
Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib (FOTO)
Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib (FOTO)
“Məhəbbət əfsanəsi”nin məşqləri başladı (FOTO/VİDEO)
“Məhəbbət əfsanəsi”nin məşqləri başladı (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Avstriya və Niderlandın XİN başçılarının İrana səfəri gözlənilir
Uşaqların mədə tutumu qida rasionunda nəzərə alınmalıdır
ABŞ Somalidə "Əş-Şəbab" qruplaşmasının üç silahlısını məhv etdi
İspan fermerləri ədalət tələb edir
İtaliyanın “Intesa Sanpaolo” bankı Avropa üzrə 7-ci ola bilər
Azərbaycanda parlament seçkiləri İsveçrə mətbuatında işıqlandırılıb
Xaçmaz KOB İnkişaf Mərkəzində təlimlərə başlanılıb
Gəncənin Baş planının hazırlanmasına start verilib (FOTO)
Azərbaycandakı uzunömürlülər "Ginnesin Rekordlar Kitabı"na niyə salınmır?
İranda koronavirusdan 2 nəfər ölüb
TBMM üzvü: Azərbaycan və Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyir
Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb
DSMF-in yeni idarələrinin xidmət dairəsi tezliklə ölkəni əhatə edəcək
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb
Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib
Səfir: Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini TAP daha da möhkəmləndirəcək
SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradıb (FOTO)
Dəmir yolu stansiyasında partladıcılar tapılıb (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət ediblər (FOTO)
Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib (FOTO)
MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır (ƏLAVƏ OLUNUB - 3)
Xəzərdə zəlzələ olub
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib (FOTO)
Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılıb
Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib (FOTO)
Fevralın 20-nə manatın məzənnəsi
MSK Ağdaş seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələrini ləğv etdi
Paytaxtın bu hissəsində su olmayacaq
MSK Mingəçevir seçki dairəsi üzrə 3 məntəqədə səsvermənin nəticələrini ləğv etdi
Yəməndə müdafiə nazirinin avtomobili partladıldı
MSK sədri iddialara aydınlıq gətirdi
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
MSK beş seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlara protokol tərtib olunub
Saxta sənədlərlə maliyyə əməliyyatları aparan dəstə üzvləri ifşa edilib (FOTO/VİDEO)
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb
“AFB Bank” ASC öz əməkdaşları üçün yeni layihəyə start verib
7 baş inək oğurlayan keçmiş məhkum saxlanıldı
İlahiyyat İnstitutu İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbir keçirib (FOTO)
"Unibank" bu dəfə də səyahətsevərlərin yanındadır
Belarusdan Azərbaycana səfər edənlərin sayı 14 faiz artıb
Vəsaitləriniz Sizə nə qədər gəlir gətirir?
Bakı-Qazax yolunda raket tapılıb (FOTO)
Ombudsman Aparatının əməkdaşları Memorial Soyqırımı Muzeyində olub
Amerikalı ekspert: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
Şuşa sakini dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırıb (VİDEO)
Sumqayıtdakı bərpa mərkəzində əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir
Gəncədə yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
PAŞA Private Banking maliyyə aktivlərinin səmərəli şəkildə idarə olunmasını təmin edir
Ali və orta ixtisas təhsili üzrə qəbul imtahanlarının və sənəd qəbullarının tarixləri açıqlanıb
İranda koronavirus aşkarlanıb
Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı
Azərbaycanda uzunömürlülərin sayı açıqlanıb
Şəmkirdə xeyli sayda silah-sursat tapıldı
Azərbaycan əhalisinin ötən ay əldə etdiyi gəlir açıqlandı
Sobhani: Azərbaycanla sülh Ermənistanın iqtisadi sabitliyə nail olması üçün əsas şərtlərdən biridir
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr Misir mətbuatında geniş şəkildə işıqlandırılıb
Ərdoğan: İdlibdə hərbi əməliyyatlar hər an başlana bilər
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
Bakıda 40-a yaxın sərnişinə qarşı cibgirlik edən şəxs saxlanıldı
Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üzrə təlim - seminar keçirilib (FOTO)
Metyu Brayza: ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfi tanıyıb
Sabah yağış yağacaq
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan dəstə saxlanılıb (FOTO)
Bərdədə “Mercedes-Vito” “KamAZ”la toqquşub - Ölən var
Evlərdən və “play station” salonlarından oğurluqlar edən xalaoğlanları saxlanıldı (FOTO)
Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Paşinyan isə sivil dialoqa hazır deyildi - Azər Xudiyev
Təhsildən Peşəyə devizi altında fəaliyyət göstərən Barattson öz missiyasını davam etdirir... (FOTO)
Azərbaycan bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalını artırmaq niyyətindədir
Azərbaycanda qızıl və gümüş bahalaşır
Bakıda oğurluq: Özünü mağaza sahibinin dostu kimi qələmə verib kassanı soydu (VİDEO)
Seçkilərdən narazılar yeni "oyun"a başladılar - "Politşou" təqdim edir (Videolayihə)
Mobil telefonları gizlədərək ölkəyə keçirməyə cəhd etdi
Azərbaycanda apteklər yeni ödəniş sisteminə cəlb ediləcək
Avro-2020-nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq (FOTO)
Mərkəzi Gömrük Hospitalı "Koronavirusdan necə qorunmaq olar?" başlıqlı videoçarx hazırlayıb
Tibb müəssisələrində ödənişlərin aparılması üçün bank kartı buraxılıb
KOBİA və AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı Ali Neft Məktəbinin tələbələri Malayziyada qlobal innovasiya yarışmasının qalibi oldu (FOTO)
Nazir müavini: Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur
Məktəblilər arasında ingilis dili olimpiadası keçiriləcək - qalib Böyük Britaniyaya yollanacaq
AFFA sahibkarları Avro 2020-nin keçirilməsində fəal iştirak etməyə çağırır
“Məhəbbət əfsanəsi”nin məşqləri başladı (FOTO/VİDEO)
Göygöldə 24 yaşlı oğlan naməlum şəraitdə ağır xəsarət aldı
Yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
Orxan Məmmədov: KOBİA "Avro 2020" zamanı sahibkarlara dəstək göstərəcək
Bakı polisi "Əsgərə salam" aksiyasına qoşuldu (FOTO)
Koreyada təhsil almaq istəyənlər üçün proqram elan edildi
Həcc ziyarəti üçün müraciət edənlərin sayı artıb
Üçüncü analoji haldır ki, Paşinyan Azərbaycan Prezidenti qarşısında nə deyəcəyini bilmir - Oktay Hacımusalı
Nazirlik nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Tramp Hindistanla böyük ticarət razılaşmasına ümid edir
Yük maşını minik avtomobili ilə toqquşdu - FHN əməkdaşları qəza yerində (VİDEO)
Bakıda 28 cinayətin üstü açılıb
Ötən ay əhaliyə göstərilən ödənişli xidmətlərin məbləği açıqlanıb
Cahangir Hacıyev: “Könüllülər ili” Azərbaycan tarixində könüllü olmuş bütün şəxslərin xidmətinə verilən qiymətdir
BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb (FOTO)
Aİİ-də Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüş keçirilib (FOTO)
Bütün xəbərlər