...

AccessBank-dan daha bir yenilik - CAVABSIZ SUAL QALMAYACAQ!

İqtisadiyyat Materials 23 Sentyabr 2019 14:20 (UTC +04:00)
"AccessBank" bank sektorunda yeniliklərə imza atmağa davam edir!
AccessBank-dan daha bir yenilik - CAVABSIZ SUAL QALMAYACAQ!

Bakı. Trend:

AccessBank bank sektorunda yeniliklərə imza atmağa davam edir! Bu yeniliklə heç bir sualınız cavabsız qalmayacaq!

Biznesin dostu adını qazanmış AccessBank sentyabr ayının 23-dən etibarən "Vergi məsləhətçisi" xidmətini istifadəyə verir.

Bu xidmətin köməyi ilə bankın müştəriləri, habelə bankı müştərisi olmayan şəxslər vergi ilə bağlı bütün suallarına cavab tapa biləcəklər. Belə ki, AccessBank-a zəng edən hər kəs hesabatların hazırlanması və digər vergi məsələləri üzrə konsultasiya almaq imkanı qazanacaq. AccessBank-ın təqdim etdiyi yeni xidmətdən həm vergi ödəyiciləri, həm də vergi ödəyicisi kimi yeni qeydiyyatdan keçənlər yararlanacaq.

AccessBank-ın baş direktoru Elşən Pirmalıyev: "AccessBank biznes kreditləşməsində lider bank olaraq müştərilərinə daim dəstək verir. Sözsüz ki, bu yeniliklərin hər biri müştərilərimizin rahatlığı üçündür. Tətbiq etdiyimiz yenilik də müştərilərimizin işini xeyli asanlaşdıracaq. Heç kəsə sirr deyil ki, sahibkarların əksəriyyətini vergi ilə bağlı suallar maraqlandırır. "Vergi məsləhətçisi" xidmətimizin köməyi ilə müştərilərimizin heç bir sualı cavabsız qalmayacaq, üstəlik, onlar biznesinə daha çox vaxt ayıra biləcək".

Xidmətdən yararlanmaq üçün sadəcə 151 nömrəsinə zəng etmək kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti