...

Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı ilə əlaqədar mövzularda dəyirmi masalar keçirilib (FOTO)

İqtisadiyyat Materials 12 Noyabr 2019 13:22 (UTC +04:00)
Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı ilə əlaqədar mövzularda dəyirmi masalar keçirilib
Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı ilə əlaqədar mövzularda dəyirmi masalar keçirilib (FOTO)

Bakı. Trend:

17 və 18 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində “Ekvita Consulting” MMC-nin ofisində beynəlxalq ticarətlə əlaqəli mövzulara həsr olunmuş üç dəyirmi masa keçirildi.

Azərbaycan Respublikasının müxtəlif nazirlik və qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri həmin dəyirmi masa müzakirələrində iştirak etdilər.

Oktyabrın 18-də Beynəlxalq ticarət hüququ və siyasət məsələləri üzrə aparıcı beynəlxalq ekspert Alisia Qrinicin iştirakı ilə “Aktual ÜTT Problemləri: Elektron Ticarətlə bağlı ÜTT-nin Müzakirələri” mövzusunda dəyirmi masa keçirildi. Xanım Qrinic ticarətlə bağlı uzun illər davam edən danışıqlarla yanaşı ÜTT-nin elektron ticarət mövzusunda gündəliyinin 1998-ci ildən işə salınması barədə ətraflı məlumat verdi. Dəyirmi masa müzakirələrinin birinci hissəsində xanım Qrinic Ümumdünya Ticarət Təşkilatında aparılan e-ticarət müzakirələrindən söz açdı. Onun təqdimatı qlobal e-ticarətin təkamülü, elektron ötürmələrə gömrük rüsumlarının tətbiq edilməsinə dair ÜTT-nin moratoriumu və ÜTT-nin e-ticarət üzrə illərlə davam edən iş proqramını əhatə etdi. Qeyd etmək lazımdır ki, son iki ildə sektorda olan inkişaf və xüsusilə kiçik müəssisələr və istehlakçıları dəstəkləyən ticarət və biznes platformalarında yeni texnologiyaların tətbiqi səbəbindən ÜTT-nin elektron ticarətə diqqəti artmışdır. Elektron ticarətin geniş vüsət alması istehlakçılar və bizneslər üçün yeni problemlərə yol açdı. Hazırda ayrı-ayrı ölkələr fərdi məlumatların qorunması ilə bağlı problemləri dəf etməyə çalışırlar. Xanım Qrinic ÜTT-də elektron ticarətlə bağlı qlobal qaydaların hazırlanmasına yönəlmiş çoxşaxəli danışıqlara, bununla bağlı araşdırılan məsələlərə, o cümlədən məlumatların sərbəst axını, məlumatların məxfiliyinin və istehlakçı hüquqlarının qorunmasına, lokallaşdırma tələblərinin emalına və digər məsələlərə də toxundu. Təqdimat zamanı ÜTT üzvlərinin e-ticarət qaydalarının yaradılması kontekstində məlumat axınlarının tənzimlənməsi və liberallaşdırılması arasında tarazlıq tapmaq səyləri vurğulandı.

Dəyirmi masa müzakirələrinin ikinci hissəsində Elektron Hökumətin İnkişafı Mərkəzinin Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri Fərid Vəliyev Azərbaycanda elektron ticarətin inkişafında elektron hökumətin rolu barədə məlumat verdi. Cənab Vəliyev iştirakçılara Azərbaycanda elektron hökumət informasiya sistemləri, dövlətlərarası, hökumət-istehlakçı və hökumət-müəssisə arasında məlumatların ötürülməsi və Asan Ödəniş, Asan Finans, Asan Viza və e-Agro kimi uğurlu elektron hökumət layihələri barədə məlumat verdi.

Təqdimatlar interaktiv sual-cavab sessiyası ilə davam etdi. Dəyirmi masada qlobal və ölkədaxili elektron ödənişlər və elektron ticarət əməliyyatlarının vergiyə cəlb olunması mövzusunda maraqlı müzakirələr oldu. Xanım Qrinic qeyd etdi ki, hazırda Azərbaycan beynəlxalq səviyyədə müzakirə olunan elektron ticarətin müəyyən sahələrində irəliləyiş əldə edib və bu, ÜTT ilə danışıqlar prosesində aparılan islahatların Azərbaycan iqtisadiyyatının daxili inkişafını və qlobal tərəfdaşlarla münasibətlərin dəstəkləndiyini nümayiş etdirir.

Digər iki dəyirmi masa ÜTT-də mübahisələrin nizama salınması ilə bağlı son hadisələrə həsr edilmişdir.

Bir dəyirmi masa 17 oktyabrda yerli ekspert İlkin Əliyevin iştirakı ilə keçirildi və “Rusiya - tranzit yükdaşımalarla əlaqəli tədbirlər” mövzusuna həsr edildi. İlkin bəy ÜTT öhdəliklərinə mövcud istisnaları təqdim etdi və milli təhlükəsizlik maraqları üçün bu istisnaların labüdlüyünü izah etdi. Daha sonra Ukrayna mənşəli malların Rusiya Federasiyasının ərazisindən keçərək Qazaxıstan Respublikası və Qırğızıstan Respublikasına gediş-gəlişinin qadağan edilməsi və məhdudlaşdırılması ilə bağlı mübahisələrin həlli işinə keçdi. Rusiya Federasiyası bu məhdudiyyətləri milli təhlükəsizlik maraqları baxımından əsaslandırdı və ÜTT bu əsaslandırmanı ÜTT-nin milli təhlükəsizlik istisnalarına uyğun olduğunu hesab etdi.

18 oktyabrda ekspert Fikrin Bektaşinin iştirakı ilə “Avropa Birliyi - Enerji Sektoru ilə bağlı Müəyyən Tədbirlər” mövzusuna həsr olunmuş digər dəyirmi masa təşkil olundu. Fikrin bəy iddia edilən ayrıseçkilik səbəbindən Rusiya Federasiyası tərəfindən etiraz edilən Avropa Birliyinin Üçüncü Enerji Paketini və onun əsas elementlərini təqdim etdi. O, Rusiya Federasiyasının Avropa Birliyinə və onun bəzi üzv dövlətlərinə, xüsusən Xorvatiya, Macarıstan və Litvaya qarşı iddialarını müzakirə etdi, həmçinin Azərbaycanı əsas iştirakçı kimi cəlb edən Cənub Qaz Dəhlizi üzrə müzakirənin potensial təsirlərinə toxunaraq ÜTT-nin mübahisələrin həlli panelinin təhlili və nəticələrinə istinad etdi.

Hər iki dəyirmi masanın əhatə etdiyi mövzular Azərbaycan üçün potensial təsirləri baxımından iştirakçılar arasında maraqlı diskussiyaya səbəb oldu.

EKVITA konsaltinq şirkəti kontrafakt məhsullarla mübarizə məsələləri və mallarınızın müvafiq gömrük reyestrinə daxil edilməsi prosedurları üzrə sizin şirkətinizə məsləhət verə, həmçinin Dövlət Gömrük Komitəsinə müraciət edərkən şirkətinizin hüquqi müşayiətini həyata keçirə bilər. "EKVITA" hüquqşünasları və vəkilləri həmçinin kontrafakt məhsulların idxalının dayandırılması işləri üzrə məhkəmələrdə sizin maraqlarınızı təmsil edə bilərlər.

EKVITA - hüquq, vergi və idarəetmə üzrə tam konsaltinq xidmətlərini göstərən 40 nəfər peşəkarlar heyətli bir şirkətdir. Şirkətin müştəriləri arasında Dünya miqyasında fəaliyyət göstərən Fortune 500 siyahısına daxil olan bir neçə fəal şirkət mövcuddur. EKVITA şirkəti həmçinin, hökumət layihələrində iştirak etmiş və Dünya Bankı kimi beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edir.

Şirkətin fərqi - ümumi biznes konsaltinqi ilə özündə hüquqi, maliyyə və vergilər sektorları üzrə kifayət qədər güclü təcrübəni birləşdirən peşəkar xidmətlərin kompleks şəklində göstərilməsidir.

EKVITA-nın bazardakı lider mövqeyi beynəlxalq reytinq təşkilatları və digər müvafiq beynəlxalq standartlar tərəfindən tanınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti