...

Noyabrda gündəlik neft hasilatı 776 min barrel olub

İqtisadiyyat Materials 10 Dekabr 2019 11:39 (UTC +04:00)
Respublikada noyabr ayı üzrə gündəlik neft hasilatı 776 min barrel olub.
Noyabrda gündəlik neft hasilatı 776 min barrel olub

Bakı. Trend:

Respublikada noyabr ayı üzrə gündəlik neft hasilatı 776 min barrel olub. Bunun 687 min barrelini xam neft, 89 min barrelini kondensat təşkil edib. Gündəlik 577 min barrel xam neft, 82 min barrel kondensat, 26,4 min barrel isə neft məhsulları ixrac edilib.
Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair 7 dekabr 2018-ci il tarixli Razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında orta gündəlik neft hasilatı 764 min barrel təşkil edib.

Energetika Nazirliyi noyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, cari ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Gələn ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti