...

Azərbaycanın rayonlarında metro tikilir? - AÇIQLAMA

İqtisadiyyat Materials 22 Yanvar 2020 08:00 (UTC +04:00)
Hazırda "Bakı Metropoliteni"nin qarşısında duran əsas tapşırıq paytaxtda yeni stansiya və xətlərin tikintisidir
Azərbaycanın rayonlarında metro tikilir? - AÇIQLAMA

Bakı. Samir Əli - Trend:

Hazırda "Bakı Metropoliteni"nin qarşısında duran əsas tapşırıq paytaxtda yeni stansiya və xətlərin tikintisidir.

Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metropolitenin yaxın gələcək planları ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, 2020-ci il ərzində Bakıda yeni metro stansiyasının işə düşməsi gözlənilir:

"Hazırda "B 3" stansiyasının əsas tikinti işləri başa çatıb. Stansiyanın qatar yolu hazırdır və mərmər döşənməsi işləri gedir. İşlər qaydasında gedərsə, "B 3" stansiyası il ərzində sərnişinlərin istifadəsinə veriləcək".

B.Məmmədov deyib ki, regionlarda metro stansiyalarının tikintisi barədə "Bakı Metropoliteni"ndə heç bir müzakirə aparılmır: "2011-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi" təsdiqlənib. Bu sənədə əsasən ölkənin digər regionlarında metro stansiyalarının tikintisi planlaşdırılmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti