...

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ölkələr arasında münasibətlərin inkişafını hədəfləyir

İqtisadiyyat Materials 24 Yanvar 2020 13:00 (UTC +04:00)
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının əsas məqsədi iki ölkə arasında qarşılıqlı iqtisadi əməkdaşlıq və dostluq münasibətlərinin inkişafıdır
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ölkələr arasında münasibətlərin inkişafını hədəfləyir

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının əsas məqsədi iki ölkə arasında qarşılıqlı iqtisadi əməkdaşlıq və dostluq münasibətlərinin inkişafıdır.

Trend-in məlumatına görə, bunu Palatanın direktoru Zibər Hüseynova Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının işgüzar görüşü zamanı deyib.

O qeyd edib ki, palatanın məlumatlandırıcı və maarifləndirici rolu həm buraya daxil olan şirkətlər, həm də geniş biznes ictimaiyyətinə təsir göstərir.

Direktor əlavə edib ki, palata tərəfindən hər ay aktual məsələlərə yönələn rəsmi tədbirlər təşkil olunur və bu tədbirlərdə palatanın üzv şirkətlərinə biznesin öz platforması vasitəsilə inkişafında kömək göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti