...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 3 Fevral 2020 10:29 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 62,15 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 62,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,84 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 56,67 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti