...

Azərbaycan məhsulları “Gulfood 2020”də nümayiş olunacaq

İqtisadiyyat Materials 14 Fevral 2020 12:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan məhsulları fevralın 16-20 tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Gulfood 2020” beynəlxalq qida sərgisində nümayiş olunacaq.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində süd və süd məhsulları, bal, fındıq, meyvə şirələri, qənnadı, tərəvəz və konserv məhsulları, qurudulmuş meyvə və xurma istehsalı sahəsində fəaliyyət göstərən 20 Azərbaycan şirkəti məhsullarını təqdim edəcək.

“Gulfood 2020” sərgisi çərçivəsində Azərbaycan sahibkarları görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti