...

ABŞ Avropadan idxal olunan təyyarələrə rüsumu 5 faiz artırdı

İqtisadiyyat Materials 15 Fevral 2020 06:55 (UTC +04:00)
Vaşinqton Avropadan idxal edilən təyyarələrə rüsumu 10 faizdən 15 faizə qədər artırdı
ABŞ Avropadan idxal olunan təyyarələrə rüsumu 5 faiz artırdı

Bakı. Trend:

Vaşinqton Avropadan idxal edilən təyyarələrə rüsumu 10 faizdən 15 faizə qədər artırdı.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın ticarət təmsilçisinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir: "ABŞ 18 Mart 2020 tarixindən etibarən Avropa İttifaqından (Aİ) idxal edilən təyyarələrə gömrük rüsumlarını 10 faizdən 15 faizə qaldırır."

Son dəfə bənzər artımlar 2018-ci ilin birinci yarısında Aİ-dan ABŞ-a idxal edilən polad və alüminium məhsullarının gömrük rüsumlarının artırılması olub (müvafiq olaraq 25 və 10 faiz).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti