...

SOCAR ötən il dövlət büdcəsinə 1,62 milyard manat ödəyib

İqtisadiyyat Materials 21 Fevral 2020 09:49 (UTC +04:00)
Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən təqribən 1% artıb.
SOCAR ötən il dövlət büdcəsinə 1,62 milyard manat ödəyib

Bakı. Trend:

SOCAR 2019-cu il ərzində dövlət büdcəsinə 1,62 milyard manat ödəyib. Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən təqribən 1% artıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, 2019-cu ildə şirkətin büdcəyə ümumi ödənişlərində aşağıdakı vergilər əsas paya malikdir: aksiz vergisi 28%, əlavə dəyər vergisi 18%, mənfəət vergisi 16%, ixrac vergisi 10%, mədən vergisi 8%, gəlir vergisi 5%, əmlak vergisi, torpaq vergisi, yol vergisi, mənbədən vergi də daxil olmaqla digər vergi və ödənişlər ümumi ödənişlərin 15%-ni təşkil edib.

SOCAR, həmçinin, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 173,6 milyon manat vəsait ödəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti