...

Türkiyədən Azərbaycana sement ixracı artıb

İqtisadiyyat Materials 13 Mart 2020 08:00 (UTC +04:00)
2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,08 faiz artaraq 5,66 milyon dollar təşkil edib
Türkiyədən Azərbaycana sement ixracı artıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,08 faiz artaraq 5,66 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Fevral ayında Türkiyə Azərbaycana 2,668 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 17,3 faiz çoxdur.

2020-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin ilk iki ayı ilə müqayisədə 15,3 faiz artaraq 597,804 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2 faizini təşkil edib.

Son 12 ay ərzində (fevral 2019-cu il – fevral 2020-ci il) Türkiyə 3,595 milyard dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti