...

ADY: Biletlərin qaytarılması prosesi normal qaydada davam edir (FOTO)

İqtisadiyyat Materials 16 Mart 2020 17:27 (UTC +04:00)
Bakı-Tbilisi-Bakı qatarı ilə Gürcüstan ərazisinə getmək üçün alınmış biletlərə görə ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən tam həcmdə geri qaytarılır.
ADY: Biletlərin qaytarılması prosesi normal qaydada davam edir (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Tbilisi-Bakı qatarı ilə Gürcüstan ərazisinə getmək üçün alınmış biletlərə görə ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən tam həcmdə geri qaytarılır.

Trend-in məlumatına görə, bu barədə QSC-nin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, biletlərin qaytarılması prosesi normal qaydada davam edir:

"Məlumat verdiyimiz kimi, 2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi-Bakı sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır. Bununla bağlı Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti