...

“İmprotex” Şirkətlər Qrupu koronavirusla mübarizəyə 50 min manat ayırdı

İqtisadiyyat Materials 23 Mart 2020 14:03 (UTC +04:00)
“İmprotex” Şirkətlər Qrupu koronovirusla mübarizə məqsədilə Fonda 50 min manat vəsait köçürüb.
“İmprotex” Şirkətlər Qrupu koronavirusla mübarizəyə 50 min manat ayırdı

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “İmprotex” Şirkətlər Qrupu tərəfindən də dəstək göstərilib.

Trend-in məlumatına görə, “İmprotex” Şirkətlər Qrupu koronovirusla mübarizə məqsədilə Fonda 50 min manat vəsait köçürüb.

“İmprotex” şirkəti Azərbaycanın müstəqillik qazanması ilə birlikdə 1991-ci ildə ölkəmizdə ilk yaradılmış özəl şirkətlərdən olub, hazırda turizm, avtomobil və müxtəlif təyinatlı texnikaların təmsilçiliyi, eləcə də metal-konstruksiyaların və üstqurğuların istehsalı sahəsində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti