...

“Azərişıq” 3 gündə 850 müraciətə baxdı

İqtisadiyyat Materials 23 Mart 2020 19:23 (UTC +04:00)
“Azərişıq” 3 gündə 850 müraciətə baxdı

Bakı. Samir Əli - Trend:

"Martın 20-22-i tarixlərində – Novruz bayramı günlərində "Azərişıq" ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb".

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, müraciətlərin hamısı öz həllini tapıb:

"Azərişıq" rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi hazırda da ölkə ərazisində elektrik enerjisinin təchizatı qaydasındadır. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, "Azərişıq" ASC-nin "Facebook", "Instagram" sosial şəbəkələri yaxud "Whatsapp" (+994772176762) vasitəsi ilə sual, şikayət və təkliflər cavablandırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti