...

"Nissan" zavodları ABŞ-da mayın ortalarına qədər işləməyəcək

İqtisadiyyat Materials 17 Aprel 2020 07:35 (UTC +04:00)

Bakı. Trend:

Yapon istehsalçısı Nissan Motor, ABŞ-dakı zavodlarının fəaliyyətlərinin dayandırılmasını may ayının ortalarına qədər uzadmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Kyodo agentliyi xəbər yayıb.

Şirkət may ayının ilk günlərindən etibarən istehsalını bərpa etmək niyyətində olub, lakin ABŞ-da koronavirusun yayılması ilə bağlı vəziyyətə görə işi təxirə salmaq məcburiyyətində qalıb. Həmçinin, tələbatın az olması səbəbindən konsern bu il üçün istehsal planını dəyişməyi planlaşdırır.

ABŞ-da yanvar-mart aylarında yeni Nissan avtomobillərinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz azalıb. Bu, Yaponiya avtomobil istehsalçıları arasında ABŞ bazarındakı ən pis göstəricidir. Nissan bu ölkədə avtomobil və mühərriklərin istehsal olunduğu dörd zəvoda sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti