...

Bakıda sənaye məhsullarının və xidmətlərinin həcmi 8 milyard manatı ötüb

İqtisadiyyat Materials 7 May 2020 13:24 (UTC +04:00)
2020-ci ilin yanvar-mart aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 8,8 milyard manat təşkil edib.
Bakıda sənaye məhsullarının və xidmətlərinin həcmi 8 milyard manatı ötüb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-mart aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 8,8 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, sənaye məhsulunun 77,6 faizi mədənçıxarma, 19,7 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,8 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2020-ci il vəziyyətinə 300,6 milyon manatlıq hazır məhsul ehtiyatı olubub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti