...

AYİB 2021-ci ildə Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

İqtisadiyyat Materials 13 May 2020 13:11 (UTC +04:00)
AYİB 2021-ci ildə Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

Bakı. Eldar Canaşvili - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun üç faiz artımını proqnozlaşdırır.

Trend bu barədə bankın hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, ilkin qiymətləndirmələrə əsasən, 2019-cu ildə Azərbaycanda istehsal həcmi 2,2 faiz, qeyri-neft sektoru 3,6 faiz artıb. Kənd təsərrüfatı və xidmətlə sahəsi dinamik artım nümayiş etdirib. 3 faiz həcmində aşağı inflyasiya Mərkəzi Banka 2020-ci ilin yanvarında faiz dərəcəsini 7,25 faizədək azaltmağa imkan verib.

Hesabata əsasən, karbohidrogen sektoru ÜDM-in üçdə bir hissəsindən çoxunu, dövlət gəlirlərinin təxminən üçdə ikisini və ixrac daxilolmalarının 9 faizini təşkil etdiyi üçün, neft qiymətlərinin azalması 2020-ci ildə Azərbaycan iqtisadiyyatına təsir göstərəcək.

Hesabatda o da qeyd olunur ki, Azərbaycan Dövlət Neft Fondu mart ayında yerli banklara tələbatın kəskin artması fonunda təxminən 2 milyard dollar satıb. Aprel ayında valyutaya təzyiqi zəifləyib. Dövlət Neft Fondunun iri aktivləri xarici şokların təsirini azaltmaqda davam edəcək, amma neft qiymətlərinin uzun müddət aşağı qalması və qlobal tələbatın azalması dünya iqtisadiyyatında ciddi disbalanslara gətirib çıxaracaq:

“Bu hadisələr fonunda biz gözləyirik ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 3 faiz azalacaq, 2021-ci ildə isə bərpa olunacaq və 3 faiz artacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti