...

Azərbaycan Türkiyədən polad idxalını azaldıb

İqtisadiyyat Materials 15 May 2020 08:52 (UTC +04:00)
2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana polad ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,89 faiz azalaraq 29,041 milyon dollar təşkil edib
Azərbaycan Türkiyədən polad idxalını azaldıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana polad ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,89 faiz azalaraq 29,041 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin apreli ilə müqayisədə 11,64 faiz azalıb və 6,967 milyon dollar təşkil edib

Hesabat dövründə Türkiyənin polad ixracı 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 18,1 faiz azalıb və 4,04 milyard dollara bərabər olub.

2020-ci ilin yanvar-aprel aylarında polad ixracı Türkiyənin ümumi ixracının 7,8 faizini təşkil edib.

Qeyd edək ki, son 12 ay ərzində (aprel 2019 – aprel 2020) Türkiyənin polad ixracı 12,937 milyard dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti