...

“Naxçıvan” gəmi-bərəsi əsaslı təmir olunub (FOTO)

İqtisadiyyat Materials 31 May 2020 11:44 (UTC +04:00)
“Naxçıvan” gəmi-bərəsi əsaslı təmir olunub (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Naxçıvan” gəmi-bərəsi əsaslı təmir edilib. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə həyata keçirilib.

ASCO-dan Trend-ə verilən məlumata görə, gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və separatorları əsaslı təmir olunub. Boru quraşdırma işləri yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb. Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb. “Naxçıvan” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi, üst göyərtəsi də təmizlənərək rənglənib.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb. Uzunluğu 154,55 metr, eni isə 18,3 metr olan “Naxçıvan” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti