...

Afət Həsənova: İpoteka və Kredit Zəmanət Fondu əhalinin mənzil təminatının yaxşılaşmasında çox uğurlu mexanizmdir

İqtisadiyyat Materials 9 İyun 2020 17:00 (UTC +04:00)
Deputat:
Afət Həsənova: İpoteka və Kredit Zəmanət Fondu əhalinin mənzil təminatının yaxşılaşmasında çox uğurlu mexanizmdir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ölkədə sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması istiqamətində çox uğurlu bir mexanizmdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, bu fondun yaradılması vətəndaşlara əlverişli kredit şərtlərindən istifadə etməklə mənzil sahibi olmaq imkanı verdi:

“Fond Qafqaz regionunda ilk ipoteka bazarı operatoru olmaqla 2006-cı ilin martından Azərbaycanda uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlalayıb. Fondun tətbiq etdiyi güzəştli kredit şərtləri MDB və digər ölkələrlə müqayisədə əhali üçün daha əlverişli idi. Belə ki, Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz 8,9%, Qazaxıstanda isə faiz dərəcələri 13%-dən başladığı halda Azərbaycanda minimal faiz dərəcəsi 3,7%-dən başlayır, orta faiz dərəcəsi isə 6,4% təşkil edir. Bu şərtlər imkan verir ki, aztəminatlı vətəndaşlarımız güzəştli şərtlərlə mənzil sahibi olsunlar”.

Deputat bildirib ki, bu cür şərtlərin tətbiqi dövlətin öz vətəndaşlarına qayğısının mühüm bir təzahürüdür.

A.Həsənova vurğulayıb ki, Fondun vəsaiti hesabına bu günə qədər 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub, ümumilikdə isə verilən ipoteka kreditlərinin həcmi 1,5 milyard manat civarındadır: “Əlbəttə ki, bu, kiçik rəqəm deyil. Göründüyü kimi, xeyli sayda ailə bu güzətli vəsaitdən istifadə edərək mənzil problemlərini həll edib”.

A.Həsənova vurğulayıb ki, Fond fəaliyyətini təkmilləşdirərək əhaliyə daha keyfiyyətli və daha əlverişli xidmətlər göstərməyə nail olub.

Deputat qeyd edib ki, Fond qısa müddət ərzində tamamilə yeni bir məhsul, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi hazırlayıb, əhalinin istifadəsinə verib: “Bu mexanizm kirayədə yaşayan ailələr üçün geniş imkanlar açır. Belə ki, alilələrin verdiyi kirayə haqları hədər getmir, hətta kirayəçi kirayə hüququnu başqa şəxsə ötürmək barədə Fonda müraciət edə bilər. Bu mexanizim əhalinin istifadəsinə veriləndən sonra qısa müddət ərzində (10 mart 2020-ci il tarixindən) yaşayış sahəsinin əldə edilməsi məqsədilə 6 mindən çox vətəndaş müraciət edib, 900-dən çox şəxsin sənədi qəbul edilib və artıq 88 kirayəçiyə mənzil təhvil verilib. Hazırda evləri təhvil alan kirayəçi sayında dinamik artım müşahidə olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti