...

Azərbaycanda əhalinin gəlirləri artıb

İqtisadiyyat Materials 12 İyun 2020 23:17 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

İlkin məlumatlara görə, 2020-ci ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri 22382,1 milyon manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu dövrdə ölkənin istehlak bazarında qiymətlərin artımı əhalinin gəlirlərinin artımını 1,6 faiz bəndi üstələmişdir.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 20245,8 milyon manatlıq vəsait qalmışdır.

2020-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artaraq 736,2 manat təşkil etmişdir.

Əməkhaqqı neft-qaz sektorunda 3736,8 manat, qeyri neft-qaz sektorunda 669,7 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,7 manat, özəl müəssisələrdə isə 885,1 manat olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti