...

Bakıda torpağın qiyməti bahalaşdı

İqtisadiyyat Materials 14 İyul 2020 20:27 (UTC +04:00)
Bakıda torpaq bazarında qiymətlərdə artım müşahidə edilir. Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Bakıda torpağın qiyməti bahalaşdı

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda torpaq bazarında qiymətlərdə artım müşahidə edilir.

Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, iyun ayı ərzində torpaq bazarında bir sotun orta qiyməti 24 283 manatdan 24 883 manata qədər artıb. Yəni ay ərzində qiymətdə artım 2.47 faiz, il ərzində isə 15.72 faiz təşkil edib.

Ekspertin sözlərinə görə, qiymət artımı mövsümi xarakter daşıyır.

O qeyd edib ki, adətən yay mövsümündə torpağa tələbat artdığına görə buna müvafiq olaraq torpaq bazarında qiymət artımı müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti