Fərdi sahibkarlar maliyyə dəstəyini necə alır?

Fərdi sahibkarlar maliyyə dəstəyini necə alır?

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər və iqtisadi fəallığın azaldılması özəl sektora ciddi təsir göstərib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan hökuməti neqativ təsirlərin minimallaşdırılması və sahibkarların bu çətin durumda daha geniş dəstəklənməsi məqsədilə mühüm addımlar atıb. Bu, ilk növbədə, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kredit resurslarına daha asan çıxışının təmin edilməsi və vergi yükünün azaldılması, pandemiyayadək alınan kreditlər üzrə faizlərin əhəmiyyətli hissəsinin subsidiyalaşdırılması kimi mühüm istiqamətləri əhatə edir.

Maliyyə dəstəyi mexanizmindən 132 mindən yuxarı sahibkar faydalanıb.

Koronavirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı və Nazirlər Kabinetinin 4 aprel 2020-ci tarixdə təsdiq etdiyi Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramı dövlət büdcəsi tərəfindən ayrılmış vəsaitlər çərçivəsində həyata keçirilir. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən 215 milyon manat, fərdi və mikro sahibkarlara göstərilən maliyyə dəstəyi çərçivəsi isə 80 milyon manat, ümumilikdə 295 milyon manat vəsait ayrılıb.

Maliyyə dəstəyi 2 proqram üzrə həyata keçirilib. Muzdlu işçilərə dəstək proqramı vergi ödəyicilərinin 1 aprel və 1 iyul 2020-ci il tarixinə olan aktiv əmək müqavilələrinə əsasən işçilərin iki aylıq əmək haqlarının ödənilməsini nəzərdə tutur. Fərdi sahibkarlara maliyyə dəstəyi isə onlar tərəfindən 2019-cu il ərzində dövlət büdcəsinə ödədikləri verginin məbləğindən asılı olaraq həyata keçirilir. Hər iki dəstək proqramı 2 mərhələləridir.

Aprel ayından başlayan maliyyə dəstəyi proqramından indiyədək 1-ci mərhələ çərçivəsində 25 min vergi ödəyicisi 216 min muzdlu işçisi üçün 98,5 milyon manat, 107.223 fərdi sahibkar isə 63,7 mln. manat maliyyə dəstəyi əldə edib. Avqust-sentyabr aylarında isə 2-ci mərhələ üzrə maliyyə dəstəyi çərçivəsində 22.885 vergi ödəyicisi 234.355 muzdlu işçisi üçün 101,9 mln. manat həcmində vəsait alıb, 49.887 fərdi sahibkar isə dövlətdən daha 12,47 mln. manat həcmində dəstək əldə edib. Beləliklə, bu günədək dövlət tərəfindən ayrılmış vəsaitlərin muzdlu işçilərə dəstək üzrə proqramı üzrə 93,7 faizi, fərdi sahibkarlar üzrə 95.2 faizi sahibkarlara ödənilib.

Fərdi sahibkar maliyyə dəstəyini necə alır?

Son günlər bəzi informasiya vasitələrində ayrı-ayrı sahibkarlıq subyektləri tərəfindən maliyyə dəstəyinin əldə edilməsi ilə bağlı narazılıqlar ifadə edilib. Belə şikayətlərdən biri də fərdi sahibkar Elxan Qədirovla bağlıdır. E.Qədirov yerli mətbuata verdiyi açıqlamada bildirib ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində dövlətdən ancaq cari ilin aprel ayında 355 manat məbləğində birdəfəlik maliyyə dəstəyi alıb və ötən dövr ərzində heç bir əlavə yardım almayıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məsələ ilə bağlı sahibkarın müraciətini araşdırıb.

Xidmətdən bildirilib ki, Qədirov Elxan Malik oğluna (VÖEN: 1502348632) cari ilin aprel ayında “Fərdi sahibkarlara dəstək proqramı” üzrə 364 manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib. Vergi ödəyicisinin əmək müqaviləsi ilə çalışan işçisi qeydə alınmadığı üçün ona “Əmək ödənişləri ilə bağlı dəstək proqramı” üzrə dəstəyin göstərilməsi mümkün olmayıb. Fərdi sahibkarın aprel ayı istisna olmaqla, ötən müddət ərzində dövlət maliyyə yardımı əldə etməməyinin səbəbi onun vergi orqanlarına təqdim etdiyi hesabatlarda əmək müqaviləsi ilə çalışan işçisinin qeyd olunmamasıdır.

İşçisi olmadığı və işlədiyi obyektdə özü çalışdığı üçün E.Qədirov yalnız fərdi sahibkarlar üçün nəzərdə tutulan maliyyə dəstəyi üzrə müraciət etmək hüququndan istifadə edib. Dövlət maliyyə yardımı çərçivəsində fərdi sahibkarın ala biləcəyi vəsaitin məbləği onun 2019-cu il ərzində büdcəyə ödədiyi verginin məbləğinə uyğun olaraq müəyyən edilir. Bu səbəbdən də fərdi sahibkar Elxan Qədirova 2019-cu il ərzində onun büdcəyə olan vergi ödənişlərinin həcmi qədər maliyyə yardımı göstərilib.

Avqust ayında dövlət tərəfindən maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində fərdi sahibkarlara təkrarən vəsait ödənilib. İkinci dəfə maliyyə dəstəyi almaq hüququndan bütövlükdə 50 minədək fərdi sahibkar faydalanıb. Bir daha nəzərə çatdırılır ki, sahibkarlara ödənilən maliyyə vəsaitlərin həcmi və ödənilmə meyarları Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir.

İqtisadçı alim, millət vəkili Vüqar Bayramov hesab edir ki, dövlətin maliyyə dəstəyi mexanizmi kifayət qədər asan anlaşılandır və maliyyə dəstəyinin göstərilməsi üzrə şəffaf və hər bir şəxs tərəfindən aydın başa düşüləcək meyarlar mövcuddur. Bundan başqa, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan və dövlət maliyyə yardımını almış vergi ödəyicilərinin tam siyahısı, hər birinin adı və VÖEN-i İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytında mütəmadi yenilənməklə açıq şəkildə (www.taxes.gov.az) yerləşdirilir və maraqlanan hər bir şəxs maliyyə dəstəyi almış şəxslər barədə açıq mənbələrdə geniş məlumat əldə edə bilər.

Vergi tətilləri və güzəştlər paketi...

İqtisadçı ekspert bildirir ki, dövlətin sahibkarlara göstərdiyi dəstək bununla bitmir. Pandemiyanın təsirlərinin minimallaşdırılması üçün geniş vergi güzəştləri paketi təqdim olunub. Bu dəstək paketinə ümumi dəyəri 130 milyon manat olan vergi və sosial güzəşt paketinə pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətillərinin verilməsi, əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin 50 faiz endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi kimi əhəmiyyətli tədbirlər də daxildir. Bundan başqa, mikrosahibkarlıq subyektlərinə 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin verilməsi, həmçinin vergilərin, cari vergi ödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətilləri verilib.

Sahibkarlar üçün ucuz kreditlərə çıxış imkanları yaradılıb

V.Bayramovun sözlərinə görə, sahibkarlığa mühüm dəstək mexanizmlərindən biri də məhdudlaşdırma tədbirləri nəticəsində biznes itkilərinə məruz qalmış sahibkarlara əlavə dəstək məqsədilə dövlət tərəfindən güzəştli kreditlər paketidir. Sahibkarlara bizneslərini inkişaf etdirmək, ucuz kredit resurslarına çıxış imkanı yaratmaq məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi mexanizmi təsdiq olunub.

Bundan başqa, sahibkarlara veriləcək yeni kreditlərin 60 faizinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin yarısının subsidiyalaşdırılması, eləcə də 10 mart 2020-ci tarixinə mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin 10 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi üçün üzrə yeni mexanizmlər işə salınıb. Bu dəstək 1,5 milyard manat kredit portfelini əhatə edir. Sahibkarlar üçün yaradılmış bu imkanlar ucuz maliyyə vəsaitlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bank kreditlərinin iqtisadi artımı dəstəkləməsini təmin edir.

Ekspert hesab edir ki, İqtisadiyyat Nazirliyi tərəfindən bütün dəstək proqramları çərçivəsində tətbiq edilən mexanizmlər şəffaflıq, dürüstlük və effektivlik meyarlarına söykənir. İstər maliyyə dəstəyi mexanizmləri, istər dövlət tərəfindən təqdim edilmiş digər dəstək alətləri çərçivəsində hər hansı çətinliklə rastlaşan istənilən sahibkar İqtisadiyyat Nazirliyinə müraciət edərək məsələsini aydınlaşdıra bilər. Millət vəkili əminliyini ifadə edib ki, nazirlik öz növbəsində, sahibkarı dinləməyə və qarşıya çıxan məsələlərdə dəstək göstərməyə hazırdır.

Çempionlar Liqası: "Bavariya" və "Çelsi" yarımfinalda
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" yarımfinalda
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
"Atalanta" futbol klubu İtaliya çempionatı oyununda "Fiorentina"nı məğlub etdi
"Atalanta" futbol klubu İtaliya çempionatı oyununda "Fiorentina"nı məğlub etdi
Loading Bars
Xəbər lenti
ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
Prezidenti İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb
Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir
Türkiyə sahillərində 5,1 bal gücündə zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 52 104 nəfər sağalıb
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" yarımfinalda
Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib
Müqəddəs Ramazan ayı başladı
Ərazilərin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir - ATƏT-in Minsk Qrupu
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
Erməni faşizminin sübutu olan Park - Dünyanın bir neçə ölkəsində belə muzey var (FOTO)
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub (VİDEO)
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi
Azərbaycan XİN Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistan XİN-in bəyanatına cavab verdi
Belarus bu il Azərbaycandan 1 milyon ton neft alacaq
Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib (FOTO)
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Cəbrayıl və Qubadlıda 750-ə yaxın ağac əkilib (FOTO/VİDEO)
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)
Balakən və Naftalanda nişan mərasimi keçirənlər cərimələnib (FOTO)
Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir - Metyu Brayza (VİDEO)
Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritetlərindən biridir - Deputat
Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi - Elçin Əmirbəyov (VİDEO)
Cəbrayıl rayonunun Sədi kəndi (VİDEO)
Aprelin 14-nə USD/AZN rəsmi məzənnəsi
Baş nazir Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb
Rinoplastika haqqında bilməli olduqlarınız
Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov (FOTO/VİDEO)
Ötən həftə azad edilmiş ərazilərdə tapılan minaların SAYI açıqlanıb
Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur - Vüqar Rəhimzadə
Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin qayğısı ən yüksək səviyyədədir - Deputat
İsrail peyvənd olunmuş turistləri qəbul etməyə başlayacaq
Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)
Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var - Umayra Tağıyeva
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb
Prezident İlham Əliyev: Ermənilər bizi yaxşı tanımayıblar, elə bilirdilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar
170-dən çox jurnalist peyvənd olunub
Astarada kartof yükündən 213 kiloqramdan artıq heroin çıxdı (FOTO/VİDEO)
Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələndi (FOTO)
Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır (FOTO)
Azərbaycan İlahiyyat İnstitutunun rektoru “İslah və təcdid” kitabının təqdimat mərasimində iştirak edib (FOTO)
Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib
Energetika naziri Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur (FOTO)
A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar artıb
Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb (FOTO)
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)
Prezident İlham Əliyev Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb
Bu il 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub
Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Prezident İlham Əliyev: İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır
Bütün xəbərlər