Ermənistanın fiskal imkanları bahalı və uzunmüddətli resurs müharibəsi aparmağa hazır deyil - Ekspert

Ermənistanın fiskal imkanları bahalı və uzunmüddətli resurs müharibəsi aparmağa hazır deyil - Ekspert

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə Ermənistandakı mövcud iqtisadi ressesiyanı dərinləşdirməkdə və mövcud bütün resurslarını məhv etməkdədir.

Bunu Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqladığı məlumatlara əsasən rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmənin 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilmişdir:

"Qeyd edək ki, bundan əlavə Ermənistanın 2 ədəd SU-25 hərbi qırıcısının dağa çırpılaraq məhv olduğu barədə məlumatlar açıqlanıb. Məhv edilən S-300 sistemlərinin qiymətləri növlərindən asılı olaraq 115 milyondan 160 milyon ABŞ dollarınadək dəyişir. Hərbi-analitik “Deagel nəşri”nə görə Ermənistanın arsenalında olan silahlar isə S-300-lərin PMU1 modifikasiyasına məxsusdur. Bu modifikasiyaların qiymətləri isə 160 milyon ABŞ dolları civarında, bir raketinin qiyməti isə 1 milyon ABŞ dollarından çox qiymətləndirilir. Həmçinin, SU-25 təyyarələrinin 11 milon ABŞ dolları dəyərində qiyməti mövcuddur. Əlavə olaraq, düşmənin arsenalında olan və məhv edilən 200-dək T-72 və onun müxtəlif modifikasiyalarının ümumi qiymətləri isə 300 milyon ABŞ dolları civarında qiymətləndirilir. Hərbi ekspertlər Ermənistanın məhv edilən hava hücumundan müdafiə sistemləri arasında əsasən “Osa” komplekslərinin üstünlük təşkil etdiyini qeyd edirlər. Bu tipli silahların birinin qiyməti isə 20-25 milyon ABŞ dolları arasında dəyişir. Həmçinin, ötən 4 gün ərzində düşmənin sıradan çıxarılmış təkcə avtomobil texnikasının ümumi qiyməti 2 milyon ABŞ dollarından çoxdur. Göründüyü kimi, cəmi 4 gün ərzində qəhrəman ordumuzun düşmənə endirdiyi zərbələr nəticəsində rəqibin 1 milyard 200 milyon ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilmişdir.

Qeyd edək ki, bu ölkənin Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2020-ci il ərzində dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərin həcmi 634 milyon ABŞ dolları civarındadır. Dünya Bankının məlumatına əsasən bu ölkənin Ümumi Daxili Məhsulu 2019-cu ildə 13 milyard ABŞ dolları civarında olmuşdur. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən bu ölkə hər il ÜDM-nin 5 faizə yaxınını hərbi xərclərə ayırır. Nüfuzlu “Global FirePower” hərbi-analitik mərkəzinin hesablamalarına əsasən isə Ermənistanın ümumi hərbi büdcəsi 1 milyard 385 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Göründüyü kimi, cəmi 4 gün ərzində Azərbaycan ordusu düşmənin hərbiyə ayırdığı vəsaitdən 2 dəfə çox büdcəsini, ümumi hərbi büdcəsinin isə tamamını məhv etmişdir".

Qeyd olunanları nəzərə alaraq, ekspert bildirir ki, indiki vəziyyətdə düşmənin resurs müharibəsinə çox davam gətirəcəyi gözlənilmir:

"Çünki, pandemiyanın gətirdiyi yeni iqtisadi şərait bu ölkədə iqtisadi vəziyyəti onsuz da kəskinləşdirmişdir. Bu baxımdan bu ölkənin uzunmüddətli resurs müharibəsi aparmaq üçün heç bir əlavə imkanları mövcud deyildir. Bu ölkənin iqtisadiyyatı cari ilin ikinci rübündə 2009-cu ildən bəri ən kəskin azalmanın (13,7 faiz) şahidi olmuşdur. Bu ölkənin Statistika Komitəsinin məlumatına əsasən ölkə iqtisadiyyatı ilin əvvəli ilə müqayisədə isə ümumilikdə 5,7 faiz azalmışdır. Bu ölkənin iqtisadiyyatı cari ilin ikinci rübündə 2009-cu ildən bəri ən kəskin azalmanın (13,7 faiz) şahidi olmuşdur. Statistika Komitəsinin məlumatına əsasən ölkə iqtisadiyyatı ilin əvvəli ilə müqayisədə isə ümumilikdə 5,7 faiz azalmışdır. Cari ilin iyul ayının göstəricilərinə əsasən ticarət balansında 1 milyard ABŞ dolları həcmində kəsir mövcuddur. Fiskal büdcə defisiti isə ÜDM-in 5%-i civarındadır. Ermənistanın iqtisadi artımının ən yüksək drayveri hesab olunan xidmət sektoru pandemiyanın təsiri ilə onsuz da 10 faiz azalmışdı. Müharibə şəraitində isə xidmət və turizm sektorunun Ermənistanda çökəcəyini və bunun iqtisadi göstəriciləri kəskinləşdirəcəyini proqnozlaşdırmaq heç də çətin deyildir.

A.Museyibov əlavə edib ki, Ermənistan Mərkəzi Bankının rəsmi məlumatına görə, bu ölkənin hazırda rəsmi rezerv aktivləri 2,6 milyard ABŞ dolları həcmindədir6

"Artıq cəmi 4 gün ərzində bu ölkənin aktivlərinin 50 faizi həcmində “əlavə xərc”i yaranıb. Yeganə olaraq, erməni hökumətinin istinad edə biləcəyi borclanma siyasətinin də artıq fayda verməyəcəyi məlumdur. Belə ki, bu ölkənin Maliyyə Nazirliyi tərəfindən açıqlanan məlumatlarda da ölkənin getdikcə borc bataqlığında batdığı görünməkdədir. 2020-ci ilin yanvar-avqust ayları ərzində büdcənin gəlirləri ötən illə müqayisədə 6 faiz azalmışdır. Həmçinin, bu ölkənin 6 milyard 48 milyon ABŞ dolları həcmində xarici borcu mövcuddur. Hələ müharibə başlamazdan öncə dövlət borcunun 2020-ci ildə ÜDM-in 60%-dək artması Maliyyə Nazirliyinin proqnozlarında əks olunurdu. Qeyd edək ki, qəbul olunmuş beynəlxalq metodologiyaya əsasən bu göstəricinin 40 %-dən yüksək olması ölkənin maliyyə və iqtisadi təhlükəsizliyi üçün təhlükəli hesab olunur. Ermənistan hökumətinin rəsmi proqnozlarında 2025-ci ilədək Ermənistanın bu borc bataqlığından çıxmayacağı və ən azı ÜDM-in 50 faizi həcmində dövlət borcunun olacağı da proqnozlaşdırılmışdır. Digər tərəfdən, 2020-ci ilin Statistika Komitəsinin 31 avqust tarixinə açıqladığı məlumatlardan da görünür ki, bu ölkənin dövlət borcunun 76 faizdən çoxu xarici valyutada, əsasən də ABŞ dollarında (40%-ə yaxın) əks olunmuşdur və ümumi borcların 20%-ə yaxını üzən faiz dərəcəsi alınmışdır ki, bu da qarşıdakı qeyri-stabillik vəziyyətlərində bu ölkənin borclara görə ödədiyi borca xidmət xərclərini artıracaqdır. Hazırda bu ölkənin, cəlb etdiyi xarici kreditlərin ümumi həcmi isə 4 milyard 607 milyon ABŞ dolları təşkil edir. Ümumi həcmdə əsas pay bir neçə beynəlxalq təşkilat və ölkədən olan investorlara məxsusdur ki, burada da borc tərkibinin diversifikasiya edilmədiyinin şahidi oluruq və gözləniləndir ki, bu istiqamətdə investiyalar repatriasiya ediləcəkdir. Bu baxımdan, hazırda Ermənistanın nəinki hərbi, həmçinin iqtisadi təhlükəsizliyi də özünün destruktiv və əsassız siyasəti nəticəsində təhlükə altına düşmüşdür.

Göründüyü kimi, statistik iqtisadi göstəricilər Ermənistan iqtisadiyyatının ağır iqtisadi durumunun Azərbaycanla savaşı uzun müddət davam etdirməyə imkan vermədiyini və iqtisadi vəziyyətinin uzunmüddətli gərginliklərə, resurs savaşına hazır olmadığını göstərir. Statistik göstəricilərdən də vacibi isə, həqiqət anının Azərbaycan xalqının tərəfində olması fonunda ölkəmizdəki milli birlik qarşısında düşmənin çökəcəyi gün uzaqda deyildir".

Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib (FOTO)
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib (FOTO)
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
Loading Bars
Xəbər lenti
Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində elmi seminar keçirilib (FOTO)
UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb (FOTO)
Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 795 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib
ABB-də cəmi 13%-lə kredit fürsəti!
ABŞ səfiri Tərtərə səfər edib (FOTO)
Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək
AzTV DSX-nin helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO) (YENİLƏNİB)
Dekabrın 2-nə USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Helikopter qəzası ilə bağlı yayılan şayiələr - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Ölkədə ilk özəl kiber təhlükəsizlik R&D mərkəzinin açılışı oldu (FOTO)
Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi (FOTO)
ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib (FOTO)
Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb, yaralılar var
Helikopter qəzasında yaralanan hərbçilər hadisə anından danışdı (FOTO/VİDEO)
Bakıdakı böyük xəstəxanaların tibb işçiləri həkim çatışmazlığı olan yerlərə təhkim ediləcək
Avrokomissiya Aİ ölkələrini səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmağa çağırıb
Bakıda qanunsuz aksiya keçirilməsinin qarşısı alınıb - DİN
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Bərdədə güclü külək binanın damını uçurub (FOTO)
Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu xətti yenidən qurulur (FOTO)
Türkiyənin AFAD nümayəndə heyəti Azərbaycanda səfərdədir
UNEC İqtisadi Forumu 2021: Nobel mükafatı laureatı Aziz Sancar alimlərlə görüşüb (FOTO)
Bu il Azərbaycanda 654 nəfər QİÇS-ə yoluxub
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
Azərbaycanda 2018-ci illə müqayisədə ötən il QİÇS-dən ölənlərin sayı 2 dəfədən çox azalıb
Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul satışının genişləndirilməsinə dəstək Qaydası təsdiqləndi
Helikopter qəzasının səbəbini bilmədən müxtəlif versiyalar səsləndirmək ordunun imicinə zərbə vurmaqdır - Hərbi ekspert
Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin edilib
Ötən ay işğaldan azad olunan ərazilərdən 610 mina aşkarlanıb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı
Dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Almaniyanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Ombudsman Aparatının əməkdaşları şəhidlərlə vida mərasimində iştirak ediblər
Bakı metropolitenində dizel stansiyası fəaliyyətə başlayıb - Özəl (FOTO)
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri görüşəcək
STAR Zavodu 28 fərqli növ xam neftin testini edib
Bakıda restoranda yanğın olub
"Omikron" daha bir ölkədə aşkar olundu
Hakimliyə namizədlər üçün imtahan keçirilib
"Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir (FOTO)
AHİK onun barəsində mətbuatda dərc olunan əsassız iradlara cavab verdi
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)
DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
AccessBank-dan illik 14%-lə nağd kredit!
Star zavodu Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayır - Baş icracı direktor
Gürcüstanın xarici işlər naziri Azərbaycana başsağlığı verib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb
Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı proqram hazırlanır - Zaxarova
Kırıkkale Universitetinin və Atatürk Universitetinin professorları Gəncə Dövlət Universitetinə səfər ediblər (FOTO)
Sabunçuda bir nəfəri qətlə yetirən, digərini yaralayan şəxslər həbs edilib
Macarıstan azərbaycanlı tələbələr üçün təqaüd proqramına start verib
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib
Gürcüstan səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
Təl-Əviv dünyanın ən bahalı şəhəri olub
Taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb (VİDEO)
Laçında hava limanının tikintisi bölgənin beynəlxalq statusunu artıracaq - Səttar Möhbalıyev
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər - Elçin Quliyev
Metronun “Xocəsən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır (FOTO)
Bəzi şəxslər helikopter qəzasından siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərirlər - Kamran Əliyev
Metronun daha bir deposunun inşasında birinci mərhələ davam edir (FOTO)
Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir - Tamam Cəfərova
Bakıda metro stansiyası yaxınlığındakı yanğın söndürülüb
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq
Sabah hava necə olacaq?
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib (FOTO)
AQTİ ictimai iaşə sahəsində çalışan mütəxəssisləri təlimə dəvət edir
Bərdə sakinlərindən “patı” götürülüb (FOTO)
"Omikron" ştammının mutasiyaları mövcud vaksinlərə qarşı dayanıqlı ola bilər - CDC
Bakıda yaşayış binasındakı yanğın söndürülüb
Yaxın saatlarda hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Helikopter qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirildi (FOTO/VİDEO)
Bakıda universitetin qarşısında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb
Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666-ı azad edilib - İdarə rəisi
Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı (VİDEO)
İki nəfər Vətən müharibəsi iştirakçısı Amnistiya aktı ilə cəzadan azad edildi
Helikopter qəzasında şəhid olanların cənazələri vida mərasimi üçün yola salınıb (FOTO/VİDEO)
Daha 60-a yaxın məhkuma Amnistiya aktı şamil olunub (FOTO)
Dekabr ayında hava necə olacaq? - AÇIQLAMA
Dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib
Azər Türk Bank kredit kampaniyasının müddətini uzadıb
Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib
AccessBank Qarabağın dirçəlişinə dəstək olur (FOTO)
Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng edib
Könül Nurullayeva beynəlxalq tədbirdə Azərbaycanda qadınların ictimai-siyasi fəallığından danışıb (VİDEO)
Bir ildə Azərbaycanda 7600-dən çox şəxs insultdan ölüb - Nazirlik
Ağcabədidə 40-dan çox qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb (FOTO)
Bakıda tanışını vuraraq xəsarət yetirən şəxs tutulub
Belarus səfirliyi Azərbaycana başsağlığı verib
Rusiya səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Britaniya səfiri Tərtərdə minatəmizləmə işləri ilə tanış olub (FOTO)
ABŞ səfiri Azərbaycana başsağlığı verib
Azərbaycan nefti ucuzlaşıb
Ötən gün toylarda karantini pozan 9 nəfər cərimələnib
Bütün xəbərlər