Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13-də 41,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,01 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel çoxdur.