Ermənistana olan "yardım"lar işğalın maliyyələşməsinə xidmət edir

Ermənistana olan "yardım"lar işğalın maliyyələşməsinə xidmət edir

Bakı. Trend:

1 aylıq müharibə nəticəsində Ermənistan iqtisadiyyatına ən azı 3,5 milyard ABŞ dolları dəyərində ziyan vurulduğu məlumdur. Əlavə olaraq, alternativ xərcləri və itirilmiş imkanları nəzərə aldıqda isə bu zərərin məbləği bir neçə dəfə artıq olur. Ümumi Daxili Məhsulu (ÜDM) 13,7 milyard, rəsmi rezerv aktivləri 2,6 milyard ABŞ dolları olan bir ölkə üçün bunlar kifayət qədər yüksək göstəricidir.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov deyib.

Onun sözlərinə görə, Ermənistan Asiya regionunda rəsmi yoxsulluq səviyyəsi (23,5 faiz) ən pis vəziyyətdə olan ölkələrdən biri kimi, müharibə xərclərini artırmaq üçün heç də əlverişli imkanlara malik deyildir:

"ÜDM-nin 2,3 faizini pandemiya ilə mübarizədə itirmiş Ermənistan beynəlxalq təşkilatların hesablamalarına görə qarşıdakı illərdə daha yüksək fiskal defisit (Asiya İnkişaf Bankının proqnozu-5,6 faiz, Beynəlxalq Valyuta Fondunun proqnozu-7,4 faiz) və aşağı gəlirlərlə üz-üzə qalacaqdır.[1] Göründüyü kimi, büdcə gəlirlərinin azaldığı, iqtisadi aktivliyin 2009-cu ildən bəri ən kəskin azalmasının müşahidə olunduğu (13,7 faizlik azalma) iqtisadiyyat COVİD-19 böhranı ilə mübarizədən hələ də özünə gələ bilməyib.

Həmçinin, minimum qiymətləndirmə ssenariləri əsasında ən azı 2,7 milyard ABŞ dolları həcmində ciddi hərbi-sursat və texnika itkilərinə məruz qalan Ermənistan öz hərbi xərclərini 82 milyon ABŞ dolları həcmində artırmaq məcburiyyətində qaldı. Əlavə olaraq, erməni diasporunun dünyanın müxtəlif ölkələrində apardıqları kompaniyalarla Ermənistana maliyyə nəfəsliyini təmin etmək istiqamətindəki addımları da diqqətçəkəndir. Belə ki, “Hayastan Ümumerməni Fondu”na dünyanın müxtəlif ölkələrində aparılmış kompaniyalar çərçivəsində 150 milyon ABŞ dollarından bir qədər artıq ianə toplanmışdır. Ancaq bunların Ermənistanı gözləyən potensial iqtisadi tükənmədən və sosial-psixoloji partlayışlardan qoruya bilməyəcək qədər az olduğunu hər kəs anlayır.

Ermənistana “humanitar yardım” adı altında silah qaçaqmalçılığı həyata keçirilir.

İndiki halda, müxtəlif cinayətkar qruplarla əlaqəyə girərək Ermənistana silah daşınmasına çalışan ölkənin bu baxımdan da imkanları yüksək görünmür. Artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Ermənistana bu ölkənin qeydiyyatında olan təyyarələrdən silah qaçaqmalçılığında istifadə olunması barədə məlumatlandırılıb. Ermənistana silah və hərbi texnika daşınması bir sıra hallarda “humanitar yardım” adı altında həyata keçirilir. Burada, dəyəri bir neçə milyon dollarlarla ölçülən zenit-raket sistemlərinin və digər ağır texnikanın daşınması həyata keçirilir. Aydındır ki, indiki halda ayrı-ayrı cinayətkar qruplaşmalar vasitəsi ilə həyata keçirilən bu siyasətin Ermənistanın gələcək iqtisadi müstəqilliyi üçün nə ilə nəticələnəcəyi bəllidir. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumatlarından da məlum olduğu kimi, vaxtı ilə aparılmış bu cür qarşılıqlı anlaşmaların nəticəsidir ki, hazırda Ermənistanın strateji əhəmiyyət daşıyan enerji, kritik infrastruktur və digər sahələri tamami ilə üçüncü ölkələrdən asılı vəziyyətdədir. Ona görə də, erməni cəmiyyəti və vətəndaşı cəmiyyəti institutları Ermənistana cinayətkar qruplaşmalar vasitəsi ilə bu formada silah yardımlarının edilməsinə qarşı çıxmalıdır ki, ölkənin geridə qalan cüzi müstəqilliyini də itirməsin.

Ermənistana verilən maliyyə vəsaitləri terrorizmin maliyyələşməsinə xidmət edir.

Ermənistanı borc vəsaitləri və infrastruktur investisiyaları ilə maliyyələşdirən bır sıra beynəlxalq təşkilatların addımları əslində Ermənistan tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur. Belə ki, bu xüsusda son dövrlər infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı Ermənistanın xarici təşkilatlardan cəlb etdiyi vəsaitlərin bir hissəsi sonradan çirkli pulların yuyulması sxemləri üzrə nəqliyyat dəhlizlərinin inkişafına sərf olunur. Həmin dəhlizlər isə beynəlxalq təşkilatlar tərəfindən də narkotik qaçaqmalçılığı və silah daşımaçılığı üzrə təhlükəli marşrutlar kimi qeyd olunur. Artıq beynəlxalq ictimaiyyətə bəllidir ki, Dağlıq Qarabağda mövcud olan separatçı rejimin narkotik plantasiyaları və onun trafik üçün nəqliyyat dəhlizləri mövcuddur. Azərbaycan ordusunun apardığı anti-terror əməliyyatları çərçivəsində də işğal olunmuş ərazilərdə erməni terrorçu qüvvələrinin narkotik vasitələrin yüksək istifadəsi və təchizatını təşkil etdiyi aşkara çıxarıldı. Bu ərazilərdə ASALA, PKK kimi ABŞ və Avropa Birliyi səviyyəsində terrorçu kimi tanınmış təşkilatların akkumulyasiyası da bu trafiki təşkil etməkdən ibarət olmuşdur. Çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığının Ermənistanda dövlət siyasəti kimi həyata keçirilməsi ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan hesabatlarda da əks olunmuşdur.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsindən xüsusi sitat: Erməni terrorizmi

Oktyabr ayında Gəncə şəhərinə heç bir hərbi hədəfin olmadığı halda ard-arda edilən terror hücumları ilə Ermənistan dövləti özünün terrorçu mahiyyətini beynəlxalq ictimaiyyətə xatırlatmış oldu. Təsadüfi deyil ki, Ermənistan Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin adına xüsusi terrorizm ifadəsi (“erməni terrorizmi”) formalaşdırdığı çox nadir Avropa ölkələrindən biri, Cənubi Qafqazın isə yeganə ölkəsidir. Buna görə də erməni lobbilərinin dünyanın müxtəlif ölkələrində Ermənistana “humanitar yardım” adı altında təşkil etdikləri dəstək kampaniyalarının bu cür kriminal niyyətlərin realizasiyasına sərf olunması unudulmamalıdır. Ermənistan uzun müddətdir Avropa və Asiyanın müxtəlif maliyyə və investisiya qurumları ilə də investisiyaların cəlbi istiqamətində davamlı iş aparmaqdadır. Gözləniləndir və ümid olunur ki, artıq bu cür açıq-açığına terrorçu hücumlardan sonra beynəlxalq investorlar Ermənistanın maliyyələşdirilməsi və ona yatırılmış hər hansı sərmayənin, verilmiş borc vəsaitinin birbaşa terrorizmə xidmət etdiyini qəbul edəcək və bu ölkənin maliyyələşdirilməsini dayandıracaqdır".

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb
İki rayonun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq
İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə bağlı nekroloq yayıb
İƏT ilə Azərbaycan arasında konstruktiv əməkdaşlıq mühiti var - Tamam Cəfərova
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Qış Universiadası "omikron" ştammına görə ləğv olunub
Noyabrın 30-na USD/AZN rəsmi məzənnəsi
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
Azərbaycanda futbol klublarına dəstək fondu yaradılacaq
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib
PAŞA Bankın endirimindən faydalanmaq üçün son 1 gün!
Bakıda gender əsaslı zorakılıqla mübarizəyə dair konfrans keçirilib
Prokurorluq Yasamalda intihar edən 18 yaşlı qızla bağlı açıqlama yaydı
Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıb
Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub (FOTO)
Çoxmənzilli binalarda su təchizatı sistemləri yenidən qurulur (FOTO)
Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı
Tovuzda qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
"Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq
“Təhsil haqqında” qanuna edilən dəyişikliklər təsdiqlədi
Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi həllini tapıb - Ərdoğan
Türkiyə İsraillə münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır - Ərdoğan
"Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarının rezidenti olmaq üçün 10-dək layihə təqdim edilib
Crowd-1 dələduz maliyyə piramidası İfşa edildi, rəhbərləri Saxlanıldı (FOTO/VİDEO)
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Eldəniz Səlimovun məhkəməsi keçirilib
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov
Bəzi yanacaqdoldurma məntəqələrində yanacağa qatqılar əlavə edilir - SOCAR
Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib
Hava dəyişəcək: Güclü külək, yağış, qar gözlənilir
Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb
Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başlayıb (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib (VİDEO)
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Ali məktəblərə sınaq imtahanına qeydiyyat başlayıb
İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda iştirak edib (FOTO)
Sabah 20 dərəcəyədək isti olacaq
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib (FOTO)
Hotellərdə qiymətlərin artması müşahidə olunur - Hotellər Assosiasiyası
Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb
Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir, üçüncü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR (FOTO)
Masazırda ev yanıb
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır
Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq - İranın neft naziri
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb
Bakıda əcnəbi vətəndaşı döyərək qarət edən mütəşəkkil dəstə saxlanılıb
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 ili tamam olub
Canni de Byazinin millidəki taleyinə nə vaxt aydınlıq gələcək? - AFFA -dan AÇIQLAMA
2023-cü ildə Azərbaycan Avro-5 standartlı benzin istehsalına başlayacaq
Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 37 mina aşkarlanıb
Füzulidə minaya düşən hərbi qulluqçuların son vəziyyəti məlum olub
Mərkəzi Gömrük Hospitalının oftalmoloqu “Korluğun əsas səbəbləri” haqqında məlumat verib
Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib
Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir - BMT rəsmisi
Azərbaycanda yeni "omikron" ştammı aşkarlanmayıb - RƏSMİ
Yaponiya xarici vətəndaşlara viza verilməsini dayandırır
Azərbaycanın qadın zorakılığına qarşı gördüyü işləri təqdirəlayiq hesab edirik - ABŞ səfiri (FOTO)
Soçi görüşü Ermənistanı 10 noyabr bəyanatından yayınmaq imkanlarından məhrum etdi - Deputat
Maliyyə piramidası fırıldağı necə işləyir? - AÇIQLAMA
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib (FOTO)
Həftəsonu yol qəzalarında beş nəfər ölüb
Daha bir məktəbdə əyani tədris bərpa olundu
Bütün xəbərlər