...

Şəhid və qazi ailələrinin banklarda olan borclarının silinməsi istiqamətində işlər gedir - Elman Rüstəmov

İqtisadiyyat Materials 9 Dekabr 2020 12:52 (UTC +04:00)
Şəhid və qazi ailələrinin banklarda olan borclarının silinməsi istiqamətində işlər gedir - Elman Rüstəmov

Bakı. Elçin Mehdiyev - Trend:

Şəhid və qazi ailələrinə ciddi diqqət göstərilməsi istiqamətində işlər görülür. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, şəhid və qazi ailələrinin banklarda olan borclarının silinməsi və digər məsələlərlə bağlı mərkəz yaradılmalıdır. O qeyd edib ki, dövlət tərəfindən bu istiqamətdə ciddi işlər görülür:

“Maliyyə sektorunda da bu istiqamətdə tədbirlər həyata keçirilir. Şəhidlər və qazilər bizim qəhrəmanlarımızdır. Prezident İlham Əliyev tərəfindən də bununla bağlı çox ciddi göstərişlər verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti