...

İşğaldan azad edilmiş ərazilərdə nar bağları salınacaq

İqtisadiyyat Materials 19 Yanvar 2021 16:56 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərdə nar bağları salınacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlı rayonlarının ərazilərində narçılıq təsərrüfatının inkişafı üçün münbit şərait var.

Bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

F.Qaraşov bildirib ki, Assosiasiya həmin ərazilərdə fəaliyyətə başlamaq niyyətindədir: “Bu ərazilərdə gələcək fəaliyyətimizi qurmaq istəyirik. Bura minerallarla çox zəngin olan torpaqlardır və ona görə də orada narçılığın inkişafı üçün münbit şərait var. Həmin ərazidə sovet dövründə narçılıq təsərrüfatı olub.

İndi də bizim məqsədimiz var ki, investorlar cəlb edib həmin ərazilərdə nar bağları salaq. Ümumilikdə, ölkədə nar bağlarının sahəsi 22,700 hektardır. Yaxın 5 il ərzində nar bağlarının sahəsini 5 min hektar artırmaq niyyətindəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti