Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb

Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətində ilk növbədə problemləri yaradan səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur.

Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin də qarşısını alır. Dövlət başçısının sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələri, əldə olunan iqtisadi dividentlər ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilir. Sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm sosial proqramlar da ildən-ilə genişlənir. Şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində mənzillər təqdim edilir. Ölkə başçısının bütün fəaliyyəti və verdiyi qərarlar Azərbaycanda əhalinin sosial rifahının güclənməsinə hesablanıb və xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bu isə, ölkəmizdəki sağlam yaşam mühiti, təhlükəsiz həyat şəraiti, birmənalı olaraq, dövlətimizin başçısı İlham Əliyevin apardığı və qarşıya qoyduğu məqsədyönlü, qabaqcıl siyasətinin nəticəsidir.

Trend xəbər verir ki, bu uğurlu siyasətin bariz nümunəsi kimi Azərbaycanın təcrübəsi ötən ilin dekabrında nüfuzlu “Springer International Publishing” nəşriyyatı tərəfindən nəşr olunan “İslam Dünyasında Sosial Siyasət” (Social Policy in the Islamic World) adlı kitabda ayrıca olaraq təqdim olunub. 339 səhifəlik bu tədqiqat işi islam dünyasında sosial siyasəti təhlil edən ilk və hələlik yeganə fundamental elmi əsərdir. Kitab Ali Akbar Tajmazinani ilə birlikdə sözügedən nəşriyyatın ekspertləri tərəfindən redaktə edilib. Artıq kitabı “Amazon”, “Palgrave” və digər şəbəkələr vasitəsilə sifariş etmək mümkündür.

Nəşrdə 8 ölkənin, o cümlədən Azərbaycanın təcrübəsi ayrıca olaraq təqdim olunub. Tədqiqatçıların hazırladığı bölmədə Azərbaycanda həyata keçirilən sosial paketlərin və sosial təminat sisteminin genişləndirilməsinin elmi təhlili verilib. 2019-cu ildə 3 milyondan çox vətəndaşımızı əhatə edən sosial paket kitabda sosial təminatın daha da gücləndirilməsi mexanizmi kimi təqdim edilib.

Kitabda Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilən uyğun qiymətə mənzil təminatı proqramına da yer verilib. Vətəndaşların mənzil təminatına əlçatanlığının gücləndirilməsi baxımdan təqdim edilən proqram çərçivəsində görülən işlər təsvir edilib. Kitabda aztəminatlı ailələrin mənzillərə əlçatanlığının genişləndirilməsi baxımdan MİDA-nın fəaliyyətinin çox uğurlu olduğu qeyd edilib.

Kitabın dünyanın əksər aparıcı universitetlərinin kitabxanalarında olacağını, məşhur qlobal şəbəkələr vasitəsilə satıldığını, eyni zamanda qlobal tədqiqatçılar, dövlət siyasətlərini hazırlayanlar və digər kateqoriyadan olan insanlar tərəfindən geniş istifadə olunacağını nəzərə aldıqda MİDA-nın fəaliyyətinin xüsusi qeyd olunması Azərbaycanda reallaşdırılan uyğun qiymətə mənzil təminatı layihəsinin islam ölkələri üçün bir model kimi təqdim olunması ölkə başçısının rəhbərliyi altında əldə edilmiş uğurların qlobal təqdimatı baxımından vacibdir.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə 2016-cı ildə yaradılıb. Agentliyin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir.

Məlumat üçün qeyd edək ki, MİDA-nın ilk layihələri olan Yasamal Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksinin icrası tamamlanmış, növbəti 3 layihəsi üzrə tikinti işləri isə davam etdirilməkdədir. İcrası tamamlanmış hər iki yaşayış kompleksinin təməlqoyma və açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Yasamal Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksində ümumilikdə 4805 mənzil, 2 orta təhsil məktəbi, 3 uşaq bağçası, 1 tibb mərkəzi inşa olunmuşdur. Yasamal Yaşayış Kompleksində yerləşən 1643 mənzilin satışı 2020-ci ilin əvvəlində başa çatdırılmış, Hövsan Yaşayış Kompleksində yerləşən mənzillərin isə 1600-dən çoxu 2020-ci ildə rəsmiləşdirilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradılmasına dair ölkə başçısının tapşırıqlarına uyğun olaraq MİDA tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2202 mənzilin, cəmi 350 yerlik üç uşaq bağçasının, 1200 şagird yerlik orta təhsil məktəbinin, Gəncə şəhərində 6,23 hektar ərazidə 986 mənzilin, 125 yerlik uşaq bağçasının, 1176 şagird yerlik orta təhsil məktəbinin, Sumqayıt şəhərində 0.75 hektar ərazidə 144 mənzilin tikintisi həyata keçirilir. MİDA-nın sərəncamında olan mənzillərin əldə olunması üçün vətəndaşların müraciəti və mənzillərin seçimi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

MİDA-nın növbəti layihəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə reallaşdırılacaq. Eyni zamanda, regionlarda yaşayan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə MİDA tərəfindən davamlı olaraq ölkənin digər şəhər və rayonlarında da torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilir.

Mənzillərin əldə edilməsi əsasən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müddəti 30 ilədək olan uzunmüddətli güzəştli ipoteka krediti hesabına illik 4%-lə mümkündür. Minimal ilkin ödəniş məbləği isə mənzilin satış qiymətinin 10%-ni təşkil etməlidir.

Qeyd edək ki, MİDA-nın layihələrində yaşayış binalarının tikintisi ilə yanaşı, insanların rahat yaşayışı üçün geniş həyətlər, yaşıllıq zonaları, uşaq-oyun meydançaları da istifadəyə verilir. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilir və inşa olunur. Layihələndirmə zamanı ərazilərin yaşıllaşdırılması və abadlaşdırılmasına xüsusi diqqət yetirilir. Komplekslərin ərazisində müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilir. Bütün yol kəsişmələrində əlilliyi olan şəxslər üçün panduslar quraşdırılır, velosiped yolları çəkilir. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır.

Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq MİDA dövlət-özəl tərəfdaşlığı layihələrini də həyata keçirir. Ümumilikdə bu günədək dövlət-özəl tərəfdaşlığı çərçivəsində MİDA-nın həyata keçirdiyi layihələrə çoxmənzilli yaşayış binalarının tikintisi, telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə 80 milyon manata yaxın özəl investisiya cəlb edilmişdir.

Qazaxıstanda koronavirusdan son sutka 696 nəfər sağalıb, 795 nəfər yoluxub
Qazaxıstanda koronavirusdan son sutka 696 nəfər sağalıb, 795 nəfər yoluxub
ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
ÜST: Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
ÜST: Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Bakıda 64 nəfər qarda yıxılaraq xəsarət alıb
Qazaxıstanda koronavirusdan son sutka 696 nəfər sağalıb, 795 nəfər yoluxub
Fevralın 25-də xarici valyutaların manata qarşı məzənnələri
Bu gün Aİ liderləri pandemiya və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər
Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq
Myanmada 5.1 bal gücündə zəlzələ baş verib
Kolumbiya mətbuatında erməni təcavüzü, Xocalı soyqırımı və bu faciələrin fonunda Azərbaycanın keçdiyi inkişaf yolu haqda məqalə işıq üzü görüb
ABŞ Dövlət Departamentində müxtəliflik və inklyuzivlik məsələləri üzrə direktor vəzifəsi yaradılıb
İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, onlarla insan itkin düşüb
Conson ÜTT rəhbərini G7 zirvəsinə dəvət edib
ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
ÜST: Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib
Türkiyədə son sutkada koronavirusdan 5 297 nəfər sağalıb
Qarabağın ekoloji faktorları imkan verəcək ki, uzunömürlülərin sayı çoxalsın - Direktor
La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)
London şəhərində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Bakıda qarın təmizlənməsi davam edir - BŞİH (FOTO/VİDEO)
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
ABŞ-ın Finiks şəhərində erməni terrorunu əks etdirən sərgi təşkil olunub (FOTO)
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir - Pərvin Kərimzadə
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb
Bu rayonlara qar yağır, külək isə mülayimləşib - FAKTİKİ HAVA
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb (FOTO)
İtaliyanın daha bir şəhəri Xocalı soyqırımını pisləyən sənəd qəbul edib
Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub
Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA
Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Pandemiya ən çox avtomobil nəqliyyatı üzrə yükdaşımalara ziyan vurub - Tədqiqat
Ermənistanda Azərbaycana qarşı 3 dəfə "İsgəndər" raketindən istifadənin etirafı, əslində hərbi cinayətlərin etirafıdır - Deputat
Əfv komissiyasının iclası başa çatıb, 150-dən artıq müraciətə baxılıb
FHN yollarda xilasetmə əməliyyatları həyata keçirir (VİDEO)
Polis yollarda köməksiz qalan vətəndaşlara kömək edib (FOTO/VİDEO)
Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA
Belarusun bir sıra şəhərlərində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilib (FOTO)
Bazel şəhərində Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii gecə təşkil edilib
Bakıda və Ağdaşda ev yanıb
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar - Vüqar Rəhimzadə
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)
Qarlı havada yıxılaraq xəsarət alanların sayı 39-a çatdı (ƏLAVƏ OLUNUB)
Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb (FOTO)
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq var (FOTO)
Qusar polisi yollarda qalmış vətəndaşlara köməklik göstərir
Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb
Bakıda isinməyə ehtiyacı olan şəxslər bu sığınacaqlara üz tutur (FOTO)
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlandı
“Azəriqaz” abonentlərə müraciət edib
Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşıb - Politoloq
KOB-ların dövlət satınalmalarında daha geniş iştirakı təşviq olunacaq - Mikayıl Cabbarov
Stokholm şəhərində "Xocalıya ədalət!" plakatları yerləşdirilib (FOTO)
Vətəndaşın hüquqlarını pozan daha bir şəxsin qanunsuz əməlləri ifşa edildi
Mingəçevirdə karantin qaydalarını pozan idman zalı aşkar edilib (FOTO)
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
Azərbaycan və Polşa xalqlarının faciəli tarixi müzakirə edilib
Ombudsman ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancını qəbul edib (FOTO)
Fevralın 25-nə USD/AZN rəsmi məzənnəsi
Sahibkar birlikləri və assosiasiyaları ilə sıx əməkdaşlıq qurulacaq - Dövlət Vergi Xidməti
Ermənistan rəhbərliyi başlarına dəymiş “dəmir yumruq”dan düzgün nəticə çıxarmalıdır - Naqif Həmzəyev
Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı artıq qəbul edir - Deputat
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? - ÜNVAN
Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib (FOTO)
Türkiyə alpinistləri Xocalı qurbanlarını Haçadağda yad ediblər
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması üçün addımlar atılır - AAYDA
DİN Qaradağda baş verən qəza ilə bağlı məlumat yaydı: 1 nəfər ölüb, 1-i yaralanıb
Deputat peyvənd olundu: Özümü yaxşı hiss edirəm!
Bakıda yanan binada zərər çəkmiş ailələr kirayə mənzillə təmin olunacaq - Dövlət komitəsi
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
Bakıda havanın temperaturu mənfi 6 dərəcəyə enib
Ermənilərin aqrar sahəmizə vurduğu ziyan on milyard manatlarla ölçülür - Komitə sədri
Əfv Komissiyasının iclası keçirilir
UNEC-də Xocalı Soyqırımına həsr olunan beynəlxalq seminar keçiriləcək
İranda son sutkada 73 nəfər koronavirusdan ölüb
Uşaqların tərbiyəsində möhkəm bünövrənin qurulması
Suyun orqanizm üçün faydaları
Azərbaycan alimləri nitqin tanınması sistemlərini hazırlayıblar
Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib
Sosial şəbəkələrdə haqqında foto paylaşılan evsiz sığınacağa yerləşdirilib
Sumqayıtda ictimai nəqliyyat işləyir - İcra hakimiyyəti (FOTO)
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
AMEA-nın yaşı 65-dən çox olan əməkdaşları peyvənd olunub
“Karvan-L” maşın və avadanlıq istehsalatında yenilik etməyə davam edir (FOTO)
Azər Türk Bankın ən sərfəli kartı - ATB CARD
Belçikada Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)
Bakı-Şamaxı yolunda avtomobillər yolda qalıb (VİDEO)
Parlamentdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib
Ermənistanda hərbi hissədə qiyam - Əsgərlər xidmətdən qaçır
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işlər müzakirə edilib
Deputatların bir qrupu peyvənd olunub
Türkiyəli həkimlər qazilərimizin müayinəsini davam etdirir (FOTO)
Maştağada qəza olub, qaz təchizatı alternativ xətlə təmin olunub (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub (FOTO)
Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Bakıda yataqxanadakı yanğın söndürülüb (FOTO)
Bütün xəbərlər