...

Türkiyədən BTQ dəmir yolu ilə ilk konteyner qatarı Rusiyaya çatıb

İqtisadiyyat Materials 9 Fevral 2021 15:57 (UTC +04:00)
Türkiyədən BTQ dəmir yolu ilə ilk konteyner qatarı Rusiyaya çatıb

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

Türkiyədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınmış konteyner qatarı Rusiyanın Kaluqa vilayətinin Vorsino dəmiryol stansiyasına çatıb.

Trend-in məlumatına görə, həmin marşrutla Rusiyaya ixrac ilk dəfə həyata keçirilib.

Qeyd edək ki, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən yanvarın 29-da start götürmüşdü. Qatar bu müddət ərzində 4 650 kilometr məsafə qət edib.

40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan məişət əşyaları olub. Yükün ümumi çəkisi isə 150 tondur.

Qatar Bakı-Tbilisi- Qars dəmir yolu və "Şimal-Cənub" Nəqliyyat Dəhlizi vasitəsilə, Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiyaya daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti