...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 20 Fevral 2021 11:55 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 63,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,07 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,44 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,22 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti