...

Belarusdan gətirilən toyuq əti yararsız çıxıb

İqtisadiyyat Materials 15 Mart 2021 11:07 (UTC +04:00)
Belarusdan gətirilən toyuq əti yararsız çıxıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Trend-ə verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Caspian Catering Supply” MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 70 kq dondurulmuş toyuq əti məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.​Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti