...

Büdcə vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi üçün tapşırıq verilib

İqtisadiyyat Materials 16 Mart 2021 11:45 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci il və qarşıdakı illərdə büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə olunmasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıq verilib.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, dövlət müəssisələrində şəffaflığa diqqət ediləcək və şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq.

O qeyd edib ki, dövlət layihələrinin səmərəliliyi artırılmalıdır: "Nazirlər Kabineti dövlət başçısının bütün tapşırıqlarını vaxtında və keyfiyyətlə icra edəcək".

Xəbər lenti

Xəbər lenti