...

18 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

İqtisadiyyat Materials 5 Aprel 2021 19:31 (UTC +04:00)
18 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir

AQTA-dan Trend-ə bildirilib ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 5 aprel 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 18 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatına alınmadan imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti