Bakı. Sədrəddin Ağcayev - Trend:
"Silk Way West Airlines" 5 ədəd "Boeing 777 Freighter" təyyarəsi alacaq.
Məlumatı Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təsdiqləyiblər.
Bununla Azərbaycan Xəzər bölgəsi və Orta Asiya regonunda belə uzun mənzilli, ikimühərrikli, böyük yükgötürmə qabiliyyətinə malik təyyarələri əldə edən ilk ölkə olacaq.
Bakıda keçirilmiş imzalanma mərasimində "Silk Way Group" şirkətinin prezidenti Zaur Axundov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger və "Boeing Commercial Airplanes" şirkətinin prezidenti Sten Dil iştirak edib.