...

Bu il dəmir yolları ilə 500 minə yaxın sərnişin daşınıb

İqtisadiyyat Materials 4 May 2021 10:44 (UTC +04:00)
Bu il dəmir yolları ilə 500 minə yaxın sərnişin daşınıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Cari ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları" QSC ilə 476 min 232 sərnişin daşınıb.

Bu barədə Trend-ə QSC-dən bildiriblər. Qeyd olunub ki, daşınan sərnişinlərdən 438 min 965 nəfəri və yaxud 92%-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3% azdır.

Pandemiya səbəbindən beynəxalq sərnişin daşıma fəaliyyət göstərməyib. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81, 6% azalaraq 37 min 267 nəfər təşkil edib.

2021-ci ilin birinci rübündə 3 milyon 769,6 ton yük daşınıb. Onlardan 1 901,6 ton yük, beynəlxalq daşımalara (idxal - ixrac) aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti