...

Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)

İqtisadiyyat Materials 22 İyul 2021 10:24 (UTC +04:00)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)

Bakı. Trend:

Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir ki, proqramda Azərbaycanda sahibkarlığın inkişafı, hökumətin pandemiya dövründə iş adamlarına dəstəyi, özəl sektorun iqtisadiyyata verdiyi töhvələr, sürətlə artan ixrac potensialı və bu istiqamətdəki digər detallar müzakirə edilib.

Həmçinin tezliklə yaradılması nəzərdə tutulan Azərbaycan-İran-Türkiyə-Rusiya birgə regional bazar haqqında ətraflı bəhs olunub. Bundan başqa Azərbaycan şirkətlərinin xarici bazarlara çıxışı, yaxın zamanlarda çoxsaylı xarici investorların ölkəmizə cəlbi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, layihə hər çərşənbə günü saat 15:30-da, təkrarı 22:30-da Real TV-nin efirində yayımlanır. "Real-Trend" verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə edilir. Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət edilən qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edirlər.

Buraxılışı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti