...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

İqtisadiyyat Materials 24 İyul 2021 17:23 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb.

Trend-in məlumatına görə, qeyd olunan müddət ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 370,4 milyon manat təşkil edib ki, onun da 2 milyard 153,7 milyon manatı heyvandarlıq, 2 milyard 216,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,4 faiz, bitkiçilik məhsulları üzrə isə 8,9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti