...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 4 Avqust 2021 11:28 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 3-də 72,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,4 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti