...

Azərbaycan gündəlik neft hasilatının artırılmasını nəzərdə tutan yeni “Əməkdaşlıq Bəyannaməsi”ni dəstəkləyib (FOTO)

İqtisadiyyat Materials 1 Sentyabr 2021 20:58 (UTC +04:00)
Azərbaycan gündəlik neft hasilatının artırılmasını nəzərdə tutan yeni “Əməkdaşlıq Bəyannaməsi”ni dəstəkləyib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 20-ci iclasında, iyul ayında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq gündəlik neft hasilatının oktyabrda 400 min barrel artırılması barədə əldə edilmiş razılığa Azərbaycan da öz dəstəyini ifadə edib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının oktyabrda daha 7 min barrel artırılaraq 640 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 78 min barrel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 mln. barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir.

Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barrel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olur.
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının isə 2021-ci ilin 4 oktyabr tarixində keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti