...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 10 Noyabr 2021 10:08 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 86,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 84,57 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,48 dollar/barel çoxdur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti