...

Azərbaycanda bu il 5 faizdən çox iqtisadi artım proqnozlaşdırılır

İqtisadiyyat Materials 10 Noyabr 2021 12:01 (UTC +04:00)
Azərbaycanda bu il 5 faizdən çox iqtisadi artım proqnozlaşdırılır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda bu il iqtisadi artımın 5%-dən çox olması proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, cari ilin 9 ayında qeyri-neft sektorunda əlavə dəyər artıb.

“Son illər hökumət tərəfindən sənaye zonalarının inkişafı üçün siyasət həyata keçirilib.

Bu günədək ölkədə 510-dan çox investisiya təşviqi sənədi verilib. Dövlət investisiyalarına gəldikdə, 2022-ci ilin ilkin büdcə layihəsində bu istiqamətə əsaslı vəsait qoyulub” - M.Cabbarov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti