...

Azərbaycanda son üç ildə müavinət xərcləri 2.5, təqaüd xərcləri 4.4 dəfə artıb - Sahil Babayev

İqtisadiyyat Materials 12 Noyabr 2021 15:40 (UTC +04:00)
Azərbaycanda son üç ildə müavinət xərcləri 2.5, təqaüd xərcləri 4.4 dəfə artıb - Sahil Babayev

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda son üç ildə pensiya xərcləri 48 faiz, müavinət xərcləri 2.5 dəfə, təqaüd xərcləri isə 4.4 dəfə artıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zamanı deyib.

O bildirib ki, dövlət sosial islahatlarını davam etdirəcək.

Sahil Babayevin sözlərinə görə, 2020-ci ildə məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 610 milyon manat vəsait ayrılıb. Bu vəsait 4.8 milyon nəfəri əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti