...

Qarabağda məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır

İqtisadiyyat Materials 12 Noyabr 2021 18:10 (UTC +04:00)
Qarabağda məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır

Bakı. Elçin Mehdiyev – Trend:

Qarabağa "Böyük qayıdış"dan sonra məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır. Bu planın hazırlanması üçün işçi qrup yaradılıb. Planda bütün seqmentlər nəzərə alınacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, sözügedən işçi qrupu ev, məktəb, tibb xidmətlərinin yaradılması ilə bağlı işlərə baxır: “Biz də işçi qrupun üzvüyük. Həmçinin, "Ağıllı kənd"lərin daxilində "smart dost" guşələrinin quraşdırılması belə müzakirə edilir. Yəni sırf ev tikib kimisə ora aparmağı düşünmürük. Orada insanların məşğulluğu nəzərə alınacaq” - deyə, nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti