UNEC İqtisadi Forumu: Postpandemiya dövründə biznes transformasiyası (FOTO)

UNEC İqtisadi Forumu: Postpandemiya dövründə biznes transformasiyası (FOTO)

Bakı. Trend:

Dekabrın 3-də UNEC İqtisadi Forum 2021 öz işini davam etdirib.

Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan “Zəfər yolu” adlı forumun növbəti paneli “Postpandemiya dövründə biznes transformasiyası” mövzusunda olub.

Forumda Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, PAŞA Holdinqin Baş İcraçı direktoru Cəlal Qasımov, BP-nin Kommunikasiyalar, xarici əlaqələr, strategiya və region üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Veon Şirkətinin Rəqəmsal və yeni biznesin inkişafı üzrə vitse-prezidenti (Rusiya) George Held mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov pandemiya dövründə iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi, gözlənilməz risklərə qarşı hazırlıq səviyyəsinin artırılması, eləcə də müasir, innovativ texnologiyalara əsaslanan biznes mühitinin inkişaf etdirilməsinin prioritet məsələlərə çevrildiyini bildirib. Avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl iqtisadiyyatın qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı müəyyənləşdirəcək meyllər olacağını deyib. KOBİA sədri iqtisadi transformasiyanı həyata keçirmək üçün maliyyə resurslarına çıxış imkanlarının önəmindən danışıb: “Alternativ maliyyə mənbələri, o cümlədən “Fintech” texnologiyaları dayanıqlı maliyyə resurslarının təmin edilməsi üçün qarşıdakı dövrlərdə mühüm əhəmiyyət kəsb edəcək”. O.Məmmədov sahibkarların bilik və bacarıqlarının artırılmasının prioritet istiqamətlərdən olduğunu diqqətə çatdıraraq, KOB inkişaf mərkəzlərinin həyata keçirdiyi tədbirlərdən söz açıb. Məruzədə ölkə başçısı tərəfindən təsdiq edilmiş 2030-cu il üzrə Milli Prioritetlər çərçivəsində ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasının hazırlandığı, həmin strategiyanın postpandemiya və postmünaqişə dövrü üçün ölkənin inkişaf istiqamətlərinin əsas konturlarının müəyyən ediləcəyi diqqətə çatdırılıb.

PAŞA Holdinqin İdarə Heyətinin sədri Cəlal Qasımov UNEC-in təşkil etdiyi məzmunlu, keyfiyyətli forumların sayının ilədn-ilə artmasını yüksək qiymətləndirib. Mövzu ilə bağlı çıxış edən holdinq rəhbəri postpandemiyada biznes sahəsində baş verən trendləri açıqlayıb, onları məsafədən çalışma, sürətləndirilmiş rəqəmsallaşdırma, psixoloji və makro faktorlar kimi səciyyələndirib. Bizneslərin çevikliyə və trendlərə, yeni çalışma metodologiyalarına uyğunlaşmalı olduqlarının vacibliyinə diqqət çəkib. “Bacarıqlı mütəxəssislərə tələb artmaqdadır. Xaricdə çalışan bacarıqlı gənclər ölkəmizdə işə cəlb olunmalıdır. Bu istiqamətdə isə hibrid iş modelinin tətbiqi çox faydalıdır. Süni intellektləri aşkara çıxarmaq, İT platformalarını açıq etmək lazımdır, bu sahəyə yatırılan sərmayələr artırılmalıdır. Rəqəmsal bazarlardan istifadə etməyən şirkətlər, biznes qurumları qısa zamanda bazardan çıxmaq təhlükəsi ilə üz-üzə qalacaqlar”, deyə C.Qasımov bildirib.

BP-nin Kommunikasiyalar, xarici əlaqələr, strategiya və region üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli transmilli korporasiyalar və neft-qaz sahəsində onların üzləşdiyi problemlər barədə danışıb, bu istiqamətdə BP təcrübəsini bölüşüb: “Pandemiya böhranında neft-qaz və enerji sənayesi ikiqat çətinliklərlə üzləşərək, strategiyalarında ciddi dəyişikliklər elan etdilər. BP 112 illik beynəlxalq neft-qaz şirkətindən inteqrasiya edilmiş enerji şirkətinə çevrilməyi hədəflədi və neft-qaz resursları ilə bərabər, yeni enerji həllərini müştərilərə təklif etməyi qarşısına məqsəd qoydu”. B.Aslanbəyli postpandemiya dövründə iqtisadiyyatın tənəzzülü nəticəsində məhsulların inteqrasiyasının investisiya uğrunda rəqabəti daha da gücləndirəcəyini deyib.

Postpandemiya dövründə ən önəmli məsələlərdən birinin insan faktoru və insanların emosional psixoloji durumunun dəstəklənməsi olduğunu deyən BP rəsmisi, hibrid iş rejiminə keçidin əhəmiyyətindən də söz açıb, bunun peşə transformasiyasına gətirib çıxaracağını bildirib.

Foruma onlayn qoşulan Nobel Sülh mükafatçısı Məhəmməd Yunus pandemiyanın ölkələrə və cəmiyyətə təsirindən danışıb. Pandemiya böhranında yoxsulluq səviyyəsində yaşayan insanların daha da yoxsullaşdığını, sərvətin konsepsiyasının isə artdığını deyib: “Yuxarda nə qədər sərvət artması olacaqsa, digər tərəfdə də yoxsullaşma payı yüksələcək”. Alim qlobal istiləşməyə də diqqət çəkib: “10 ildən sonra kritik istiləşmələr baş verəcək, həyat insanlar üçün dözülməz olacaq. Planetimiz, evimiz yanır, lakin buna baxmayaraq, texnoloji nailiyyətlərdən danışırıq. Bir tərəfdən qlobal iqlim dəyişikliyi, digər tərəfdən isə dünya sərvətinin ədalətsiz təmərküzləşməsi prosesi gedir”. Süni zəka və texnologiyaların tətbiqinin işsizliyə gətirib çıxaracağını, bunun da yoxsulluğun artımına səbəb olacağını deyən alim, sistemin yenidən işlənməli olduğunu deyib: “Təhsil sistemimiz bizi iş yaradan etməlidir. Lakin biz bunun əksini görürük, gəncləri iş həyatına deyil, həyata hazırlamaq lazımdır. 3.0 ideyası tətbiq olunmalıdır. Gəncləri sahibkar olmağa həvəsləndirməli, 3.0 klubları yaradılmalıdır. Mən çox şadam ki, azərbaycanlı gənclər artıq bu klubu yaradıblar. Bir halda ki, biz planeti qoruya bilmirik, bu missiyanı gənclərə həvalə edək”.

Forumun moderatoru, Veon Şirkətinin Rəqəmsal və yeni biznesin inkişafı üzrə vitse-prezidenti George Held süni intellektin biznesin inkişafına verdiyi müsbət töhfələr barədə geniş təqdimatla çıxış edib. O, data analitikası sahəsindəki yeniliklər və onların hazırda iqtisadi, ekoloji, biznes və digər sahələrdə mövcud olan problemlərin aradan qaldırılması yönündə fikirlərini bildirib. Cənab Held dünyada informasiya çoxluğunun bir sıra problemlərə yol açdığını və bunun həll yolu kimi müsbət informasiyaların seçilməsinə ehtiyac olduğunu nəzərə çatdırıb.

Çıxışlardan sonra məruzəçilər mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıblar.

Forum “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzusunda panel 5 müzakirələri ilə davam edib.

Şəkidə yeni dağ gəzinti marşrutları istifadəyə verilib (FOTO)
Şəkidə yeni dağ gəzinti marşrutları istifadəyə verilib (FOTO)
Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək
Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək
Parlament turizmlə bağlı yeni cərimələri son oxunuşda təsdiqləyib
Parlament turizmlə bağlı yeni cərimələri son oxunuşda təsdiqləyib
Loading Bars
Xəbər lenti
İsrail və ABŞ kosmosun birgə tədqiqinə dair saziş hazırlayır
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
Mingəçevirdə binada partlayış baş verib, yanğın başlayıb
Sevçenkonun istefaya göndərilməsinin səbəbi açıqlanıb
Çinin paytaxtına gələn şəxslərdən COVID-19 ilə bağlı test vermək tələb olunacaq
Türkiyədə təyyarə ilə şəhərlərarası səyahət edənlərdən PCR testi tələb olunacaq
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib
"Azəriqaz"ın smart kartlarına niyə pul yükləmək olmur? - AÇIQLAMA
2021-ci il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşdü - TƏHLİL
Avstriyada 18 yaşdan yuxarı şəxslər koronavirusa qarşı məcburi peyvəndləməyə cəlb ediləcəklər
FHN Bakıda intihara cəhdin qarşısını alıb
Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib
Hacıqabul rayon sakinlərindən “patı” və heroin aşkarlandı (FOTO)
İsmayıllı sakinindən odlu silah götürülüb
Kadbildə bombanın partlaması nəticəsində azyaşlı həyatını itirib, 4 nəfər yaralanıb
Türkiyə prezidenti Albaniyaya səfər edəcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 808 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib
Cəlilabad sakinindən qanunsuz odlu silah aşkarlanaraq götürülüb
Ötən il gecikdirilmiş 1 257,4 min manat sosial ödənişin işçilərə ödənilməsi təmin edilib
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb - Komitə
Şəhid Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib (FOTO/VİDEO)
İranda daha 31 nəfər koronavirusdan ölüb
Göyçayda xarici ölkə vətəndaşından onlayn narkotik alan qohumlar saxlanılıb (FOTO)
Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılaraq aşıb, ölən və yaralılar var (ƏLAVƏ OLUNUB)
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı fakt nəzarətə götürülüb - DİN
Azərbaycan XİN “erməni qırğınları”na dair Ermənistan tərəfinin iddialarına cavab verib
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Azərbaycan alternativ enerjini seçir: Perspektivlər və yeni imkanlar
Sabah Bakıda şaxtalı hava gözlənilir
Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib
Tərtərdə qanunsuz ov edən şəxslər müəyyən edilib (FOTO)
Nazirlik cəzaçəkmə müəssisəsində məhkumların koronavirusdan qorunma vəziyyətini açıqlayıb
Cəlilabadda keçmiş məhkumdan 5 kiloqram narkotik aşkarlanıb (FOTO)
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür
Argentinada COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb
ABŞ-ın 33 ştatına qar fırtınası yaxınlaşır
Yamaykada Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən keçmiş senator saxlanılıb
Zəngilanda zəlzələ olub
NATO Finlandiya və İsveçi bir gecədə bloka qəbul edə biləcəyini açıqladı
Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb (FOTO)
Texasdakı sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib (ƏLAVƏ OLUNUB)
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın gələcək inkişafının bünövrəsidir
Pekində "omikron" ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya hərbi fəlakətin bir addımlığındadır - "The Economist"
Türkiyədə son sutka koronavirusa 63 mindən artıq yoluxma qeydə alınıb
ABŞ Rusiya ilə təhlükəsizliklə bağlı dialoqu davam etdirməyə ümid edir
Yaponiyada sunami səbəbilə 210 min nəfərin təxliyə edilməsi nəzərdə tutulub
Britaniyada sutka ərzində koronavirusa yoluxanları sayı 80 mini ötüb
COVAX mexanizmi vasitəsilə 1 milyard doza peyvənd tədarük edilib
Çexiya prezidenti Pekin Olimpiadasının boykotunu pisləyib
Şevçenko Polşa yığması ilə danışıqlar aparır
Nigeriya yığması Afrika Millətlər Kubokunun pley-offuna vəsiqə qazanıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 50 mindən çox insan iştirak edib
Aİ kibertəhlükəsizlik üzrə təlimlərə başlayıb
Türkiyənin müdafiə naziri Suriyada 44 terrorçunun zərərsizləşdirildiyini bildirdi
Şuşa Azərbaycanın tarixində və mədəniyyətində mühüm yer tutan şəhərdir - “Euroreporter” portalı
Azərbaycan daha bir ermənini təhvil verdi
İsrailin maliyyə naziri koronavirusa yoluxub
Biləsuvarda birmərtəbəli ev yanıb
Gürcüstanda "omikron" ştammına yoluxanların sayı artıb
KTMT sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq
Tərtərdə yol qəzası baş verib, 1 nəfər ölüb (FOTO)
Yaponiya sahillərində sunami qeydə alınıb
Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub
Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər ölüb
Azərbaycanda "Texnofest" festivalının keçiriləcəyi tarixlər açıqlandı
"Qarabağ"ın rəqibinə yeni transferlər etmək qadağan edildi
İranda güclü zəlzələ baş verib
Bakıda güclü külək bir sıra fəsadlar törədib (VİDEO)
Azərbaycanda bütün məhkumlar vaksin edilib - Ədliyyə Nazirliyi
Bu il əmək bazarında ən çox hansı vəzifələrə tələbat olacaq?
Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq - Xələf Xələfov
Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası davam edir
Əhalinin bir ildə ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlandı
Bəzən məhkumlar yaxınları və vəkilləri vasitəsilə virusa yoluxurlar - İdarə rəisi
Vətən müharibəsi iştirakçıları "Müharibə veteranı" adını və təqaüdü yanvar ayı ərzində ala biləcəklər
Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
İrandan idxal edilən bibərdə virus aşkarlanıb
İranda son sutkada koronavirusdan 18 nəfər ölüb
Bakıda gənc qız itkin düşüb (FOTO)
II Qarabağ İqtisadi Forumu keçiriləcək
UNEC-də qış imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib (FOTO)
Suraxanıda 8 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb, 30 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanın energetika nazirinin sabiq müavini saxlanılıb
Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 710 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
“Yüksəliş” müsabiqəsinin təşkilat komitəsinin iclası keçirilib (FOTO)
Küləkli hava nə vaxta qədər davam edəcək?
Sabah gecədən hava yenidən pisləşəcək: qar, külək olacaq - XƏBƏRDARLIQ
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir - Rauf Əliyev
Saatlıda ev yanıb
Bakının mərkəzində minik avtomobili yanıb
Dövlət başçısının tövsiyələri qarşımızda yeni vəzifələr qoyur - Vüsal Quliyev
Rusiyada son sutkada 27 mindən çox şəxs koronavirusa yoluxub
Keçən il sosial müavinət və təqaüd ödənilən şəxslərin sayı açıqlanıb
Bazar günü hava necə olacaq?
Zelenski BSU-nun əməkdaşını medalla təltif edib
Bakıda anbarda baş verən yanğın söndürülüb
Bütün xəbərlər