...

Əmək bazarına ilk dəfə daxil olanlar ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar - Sahil Babayev

İqtisadiyyat Materials 8 Dekabr 2021 10:41 (UTC +04:00)
Əmək bazarına ilk dəfə daxil olanlar ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar - Sahil Babayev

Bakı. Elçin Mehdiyev – Trend:

Son 4 il ərzində 36 min ailə özünüməşğulluq proqramı nəticəsində sahibkarlara çevrilib.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zaman deyib.

Nazir bildirib ki, Azərbaycanda hər il 100 mindən artıq gənc əmək bazarına daxil olur: “Bu baxımdan qarşımızda böyük çağırışlar dayanır və biz bu gənclər üçün dəstək tədbirləri görməliyik”, - deyə nazir bildirib.

S.Babayev vurğulayıb ki, bu gün əmək bazarında mövcud olan problemlərdən biri də gənclərin öz ixtisaslarına uyğun iş tapmamasıdır: “Əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar. Bu baxımdan gənclərin peşə bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir, həmçinin peşə hazırlığı hər il genişləndiriləcək. Ardıcıl şəkildə aktiv məşğulluq proqramları həyata keçirilir”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti