...

2021-ci ildə ÜDM-in real həcmi 5,6 faiz artıb - Mikayıl Cabbarov

İqtisadiyyat 18 Yanvar 2022 11:23 (UTC +04:00)
2021-ci ildə ÜDM-in real həcmi 5,6 faiz artıb - Mikayıl Cabbarov

Bakı. Fərid Zöhrabov -Trend:

2021-ci ildə ÜDM-in real həcmi 5,6%, qeyri-neft sektorunda isə 7,2% artıb.

Trend-in məlumatına görə, bunu "Twitter" hesabında iqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.

"2021-ci ildə ÜDM-in real həcmi 5,6%, qeyri-neft sektorunda isə 7,2% artıb. BVF-nin oktyabrdakı proqnozuna görə, ötən il qlobal iqtisadiyyatda 5,9%, inkişaf etməkdə olan ölkələrdə isə 6,4% artım gözlənilsə də, iqtisadiyyatımızın prioritet sahəsi olan qeyri-neft sektorunda daha yüksək göstəricilər əldə olunub", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti