...

Bir sıra təşkilatlarda çalışan işçilərin maaşları artırıldı

İqtisadiyyat 19 Yanvar 2022 11:41 (UTC +04:00)
Bir sıra təşkilatlarda çalışan işçilərin maaşları artırıldı

Bakı. Trend:

Baş nazir Əli Əsədov Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında qərar verib.

Trend-in məlumatına görə, qərara əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu Qərarın 1-18 nömrəli əlavələrinə uyğun olaraq təsdiq edilib.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-18 nömrəli əlavələrində qeyd olunan vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödənilib.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının cədvəlləri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti