...

Aqroturizm azad olunan ərazilərin inkişafında vacib rol oynayacaq - Aparat rəhbəri

İqtisadiyyat Materials 17 Fevral 2022 11:14 (UTC +04:00)
Aqroturizm azad olunan ərazilərin inkişafında vacib rol oynayacaq - Aparat rəhbəri

Bakı. Humay Ağacanova - Trend:

Aqroturizm azad olunan ərazilərin inkişafında vacib rol oynayacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılmasına dair tədbirdəçıxışı zamanı Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

O qeyd edib ki, Azərbaycanın aqroturizm potensialı çoxdur. Bu sahə həm kənd təsərrüfatına, həm də turizmə böyük fayda verəcək.

K.Qasımovun sözlərinə görə, aqroturizmin inkişafında ən vacib elementlərdən biri bu sahədə olan insanların bilik və bacarıqlarının artırılmasıdır.

"Azərbaycan reallıqlarında qeyri-neft sektorunda ən vacib strukturlar kənd təsərrüfatı və turizmdir. Aqroturizm bu iki vacib sahəni özündə birləşdirilir. Bu sahə həmçinin azad olunan ərazilərin inkişafında vacib rol oynayacaq", - deyə agentlik rəsmisi əlavə edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti